Kitab
Kitab
Peyğəmbərin (sallallahu aleyhi va səlləm) namaz qılma qaydası
“Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) namaz qılma qaydası” kitabında Hörmətli Şeyx Abdüləziz bin Baz (Allah ona rəhmət etsin) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) namazının sifətini asan üslub və dəqiq metodla, səhih dəlillərə istinad edərək xülasə etmişdir ki, bu, müsəlmana namazında rəhbər olsun. O, bu əsərdə namazın rükunlarını, sünnələrini və sifətlərini dəstəmazdan salama qədər bəyan etmiş, dəlil ilə bəyanı birləşdirərək, ən böyük ibadətdə Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) tam şəkildə iqtida etməyə dəvət etmişdir.
الوسائل المفيدة للحياة السعيدة
كتاب "الوسائل المفيدة للحياة السعيدة" للشيخ عبد الرحمن بن ناصر السعدي، يتناول مفهوم السعادة الحقيقية التي يسعى لتحقيقها كل إنسان. الكتاب يوضح أن السعادة تتحقق بطاعة الله ورسوله، والعمل الصالح، والإيمان. ويُقسم السعادة إلى دنيوية مؤقتة وأخروية دائمة، ويربط بينهما بالرضا الإلهي للمؤمنين. يعتمد الكتاب على الأدلة الشرعية من القرآن والسنة لتقديم الأسباب المؤدية للسعادة وكيفية تحقيقها، مما يجعله دليلاً للمسلمين لتنظيم حياتهم على بصيرة وإيمان.
Kitab və Sünnə işığında həcc, ümrə və ziyarətlə bağlı bir çox məsələlərin araşdırılması və izahı.
Bu kitab Quran və Sünnəyə uyğun olaraq həcc, ömrə və ziyarətin hökmlərini izah edir, həcc və ömrənin vaciblərini, ehram zamanı qadağan olunan əməlləri və Məscidun-Nəbəvini ziyarət etməyin ədəblərini bəyan edir. Həmçinin bu ibadətlərdə yol verilən bidətlərdən çəkindirir.
Məscidun-Nəbəvini ziyarət etməyin ədəbləri və hökmləri haqqında qısa xülasə
Bu kitab Məscidun-Nəbəvinin ziyarət etməyin ədəblərini və hökmlərini izah edir, peyğəmbərə və onun səhabələrinə salavat və salam göndərməyin qaydasını bəyan edir, ziyarət zamanı edilən bidətlərdən çəkindirir, həmçinin Sünnəyə və şəri ziyarət ədəblərinə bağlı qalmağın əhəmiyyətini vurğulayır.
Kitab və Sünnə zikrlərindən “Müsəlmanın qalası”.
Kitab, müxtəlif vaxtlarda və hallarda deyilməsini asanlaşdırmaq üçün Qurani-Kərim və Sünnədən zikrləri cəm edir. Bura: yuxudan oyanmaq, dəstəmaz almaq, namaz qılmaq, səfərə çıxmaq və sairə üçün dualar da daxildir ki, bu da müsəlmanın özünü qoruyub Allahın hifz və himayəsində olmasına kömək edir.
Müsəlman uşaqların bilməsi vacib olan məsələlər.
Mərhəmətli və Rəhmli Allahın adı ilə! Müqəddimə Allahın adi ilə və Allaha həmd olsun, daha sonra : Bu, Allah -Təbərakə və Təalənin- dinindən müsəlman uşaqların bilməsi vacib olan məsələlərdir. Valideynlərə öz övladlarına kiçik yaşlarından bu məsələləri öyrətmələri vacibdir.
Üç əsas və onların dəlilləri
Bu kitab, müsəlmanın öyrənməli olduğu əsasları – Allahı, İslam dinini və peyğəmbər Muhammədi, sallallahu aleyhi və səlləm, tanımağı – əhatə edir və Quran və hədis dəlillərinə istinad edərək, iman və saleh əməllərin qurulmasında bu əsasların əhəmiyyətini vurğulayır.
الدروس المهمة لعامة الأمة
يهدف الكتاب إلى تعليم المسلمين أساسيات دينهم بطريقة مبسطة وشاملة. يتناول مجموعة من الدروس المهمة مثل قراءة الفاتحة وقصار السور، وأركان الإسلام والإيمان، وأقسام التوحيد والشرك، وشروط وأركان وواجبات الصلاة، بالإضافة إلى مبطلاتها، مع بيان مختصر لشروط الوضوء وفروضه ونواقضه. كما يسلط الضوء على التحلي بالأخلاق الإسلامية والآداب الشرعية، ويقدم إرشادات لطيفة حول تجهيز الميت والصلاة عليه ودفنه.
نبذة في العقيدة الإسلامية (شرح أصول الإيمان)
رسالة لطيفة تتناول أصول العقيدة الإسلامية بأسلوب مبسط وميسر. تبدأ بمقدمة حول أهمية علم التوحيد، كونه أشرف العلوم وأجلّها، ثم تتناول مفهوم الدين الإسلامي وأركانه الخمسة: الشهادتان، والصلاة، والزكاة، والصوم، والحج. كما يشرح الإيمان بالله، وملائكته، وكتبه، ورسله، واليوم الآخر، ويؤكد على أهمية التوحيد في بناء دين المسلم بشكل سليم. الكتاب يهدف إلى تعزيز الفهم الصحيح للعقيدة الإسلامية وتطبيقها في حياة المسلم اليومية.
حقوق دعت إليها الفطرة
رسالة لطيفة تقدم شرحًا مفصلًا لعشرة حقوق أساسية تشمل حقوق الله تعالى، وحقوق النبي صلى الله عليه وسلم، وحقوق الوالدين، والأولاد، والأقارب، والجيران، والزّوجين، والرّعية والولاة، والمسلمين عمومًا، وغير المسلمين. يهدف الكتاب إلى تعزيز الفهم الصحيح للعلاقات الاجتماعية والواجبات الفردية تجاه الآخرين، مستندًا إلى نصوص الوحي من القرآن الكريم والسنة النبوية، مما يجعله مرجعًا مهمًا لكل مسلم يسعى لتطبيق الشريعة في حياته اليومية مع ربه ومع الآخرين.
Səfər ədəbləri və hökmləri.
Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur! Peyğəmbərimiz Muhammədə, onun ailəsinə və bütün səhabələrinə salat və salam olsun! Daha sonra: Bu, səfər ədəbləri və hökmləri haqqında qısa bir risalədir. Biz bu risalədə, müsafirin ehtiyac duyacağı əsas məsələləri izah etməyə çalışdıq. Uca Allahdan bu risaləni Özünün mübarək Üzü xatirinə (xalis Onun razılığı üçün) səmimi (ixlaslı) etməsini və bununla bütün müsəlmanlara fayda verməsini diləyirik! Birinci: Səfər ədəbləri.
Ümrənin qısa izahı və hökmləri
Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur! Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və bütün səhabələrinə salat və salam olsun! Daha sonra: Bu, ümrə ziyarətinin edilmə şəkli (sifəti), hökmləri və ədəb qaydaları haqqında qısa bir risalədir. Biz bu risalədə, ümrə edən şəxsin ehtiyac duyacağı əsas məsələləri izah etməyə çalışdıq. Uca Allahdan bu risaləni Öz Kərim Üzü xatirinə (razılığı üçün) ixlaslı etməsini və bununla bütün müsəlmanlara fayda verməsini diləyirik.
Sehr və kahinliyin hökmü barəsində risalə.
Şeyx Abdüləziz bin Abdullah bin Baz Allah ona rəhmət etsin! Mərhəmətli və Rəhimli Allahın adı ilə. Sehr, kahinlik və onlarla bağlı məsələlərin hökmü [1]. [1] Bu məqalənin bir hissəsi “Fətvalar və Müxtəlif Məqalələr Toplusu” kitabının üçüncü cildində “Sehr, kahinlik və onlarla bağlı məsələlərin hökmü” başlığı ilə nəşr olunmuşdur. Eyni zamanda bu məqalə tam şəkildə Rəyasət tərəfindən “Sehr və kahinliyin hökmü haqqında risalə” adı ilə ayrıca nəşr olunmuş və əl-Yaməmə jurnalı ilə İslam Araşdırmaları Jurnalında dərc edilmişdir. Həmd Tək Allaha məxsusdur! Özündən sonra heç bir peyğəmbər olmayan…
رسول الإسلام محمد صلى الله عليه وسلم
Mərhəmətli və Rəhmli Allahın adı ilə! İslam elçisi Muhəmməd (Allahın salavatı və salamı onun üzərinə olsun) İslam elçisi Muhəmməd [1] (Allahın salavatı və salamı onun üzərinə olsun) haqqında qısa həyat yolu. Burada bəyan etdiklərim bunlardır: onun adı, nəsəbi, yaşadığı yer, həyat yoldaşları, dəvət etdiyi risaləti (peyğəmbərlik missiyası), peyğəmbərlik dəlilləri, şəriəti (dini əhkamları) və düşmənlərinin ona qarşı mövqeləri. [1] Tərcümə olunarkən məna aydın olsun deyə, Allahın elçisi və Muhəmməd sözlərini bir yazmağa çalışdım. Buna diqqət yetirilsin. 1. Peyğəmbərimizin (Allahın salavatı və…
Müsəlmanın bilməsi vacib olan məsələlər.
"Müsəlmanın bilməsi vacib olan məsələlər" kitabı, sözləri elm və bəyanla yazılmış əzəmətli bir əsərdir. O, müsəlmanın bilməsi zəruri olan əqidə əsaslarını, İslam şəriətini və gözəl ədəb qaydalarını cəm etmişdir. Mükəmməl bir üslubla yazılmış bu kitab bəsirətləri nurlandırır, qəlblərə rahatlıq bəxş edir, anlayışı saflaşdırır və əməli islah edir. Beləliklə, o, haqlı olaraq nicat açarı, itaət və mərifət yollarında olan yolçu üçün bir rəhbər olmuşdur.
Qurani Kərimdə və Peyğəmbərin, Allahın salavatı və salamı onların üzərinə olsun, sünnəsində zikr edildiyi kimi, İslam haqqında yığcam risalə.
Mərhəmətli və Rəhimli Allahın adı ilə İslam (Dəlillərdən qısaldılmış nüsxə)[1] [1] Bu risalənin hər bir məsələsi Qurani Kərimdən və Peyğəmbərin, Allahın salavatı və salamı onların üzərinə olsun, sünnəsindən olan dəlillərlə təchiz edilmiş başqa bir nüsxəsi ilə tanış olmaq üçün bu linkə daxil olun: https://islamhouse.com/ar/books/2830071. Bu mühüm risalə İslam haqqında yığcam məlumatları ehtiva edir; İslamın ən mühüm əsaslarını, təlimlərini və özəlliklərini onun əsas mənbələri olan Qurani Kərim və Peyğəmbərin, Allahın salavatı və salamı onların üzərinə olsun, sünnəsinə istinad edərək bəyan…
Müsəlman üçün faydalı qısa məlumat
Bu kitab, İslam dininin əsaslarını qısa və dolğun bir üslubda əhatə edir. Burada oxuculara düzgün ibadətin əsaslarını və Allaha, Onun mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə və qədərə iman etməyin mənalarını izah edir.
Həcc, ümrə və ziyarət zamanı edilən müxalif əməllər.
Ümrə ilə əlaqəli olan xətalar və müxalif əməllər. Birinci: İnsanların ehram halında etdikləri müxalif əməllər və xətalar. Təlbiyəni (niyyəti ucadan bildirməyi) tərk etmək. Yəni: İnsan ehrama girərkən hansı ibadəti yerinə yetirmək istədiyini uca səslə: (لَـبَّيْـكَ ٱللَّهُمَّ عُمْرَةً) [Ləbbeykəllahummə ümratən] - (Ey Allahım! Mən ümrə ziyarəti üçün Sənin hüzurundayam) – söyləməməsi. Sünnə olan isə bunu ucadan söylənməsidir.
Həccin qısa izahı.
Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur! Peyğəmbərimiz Muhammədə, onun ailəsinə və bütün səhabələrinə salat və salam olsun! Daha sonra: Bu, həcc ziyarətinin edilmə qaydası (sifəti) haqqında qısa bir risalədir. Biz bu risalədə, həcc edən şəxsin ehtiyac duyacağı əsas məsələləri izah etməyə çalışdıq. Uca Allahdan bu risaləni Özünün mübarək Üzü xatirinə (xalis Onun razılığı üçün) səmimi etməsini və bununla bütün müsəlmanlara fayda verməsini diləyirik! Ön söz.
Dua, ardınca Kitab və Sünnədən olan rüqyələrlə müalicə.
Kitabın müəlifi Uca Allaha möhtac olan Mərhəmətli və Rəhmli Allahın adı ilə.
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
Qurani-Kərim aləmlərin Rəbbi və onların Xaliqi olan Uca Allahın kəlamıdır. Uca Allah onu, peyğəmbərlərin və elçilərin sonuncusu Muhammədə, sallallahu əleyhi va səlləm, nazil etmişdir ki, bəşəriyyətə yaradılışlarının məqsədini açıqlasın, onları dünyada və axirətdə səadətə aparan yola yönəltsin, və ölümdən sonra əbədi bədbəxtlikdən xilas etsin. O, nazil edilmiş ilahi kitabların sonuncusudur. Onları təsdiqləyən və şəriətlərini nəsx edəndir. Qurani-Kərim bir ayə (ilahi işarə, nişanə) və əbədi möcüzədir. O, Allahın Elçisi Muhammədin, sallallahu əleyhi va səlləm, peyğəmbərliyinə dəlildir. Uca Allah…
Müəzzin, imam, xətib və Məscid əhkamları üçün faydalı qısa məlumat
Bu kitab azan və iqamə, namaza imamlıq, cümə xütbəsi və məscid ədəblərinin hökmləri haqqında əhatəli bir baxış təqdim edir. Kitabda həmçinin müəzzinlərin, imamların və xətiblərin vəzifələri müzakirə olunur, bu vəzifələrin düzgün yerinə yetirilməsini təmin etmək üçün onlarla bağlı şəri hökmləri öyrənməyin əhəmiyyəti vurğulanır. Eləcə də, bu hökmlərin doğru şəkildə tətbiq edilməsi üçün peyğəmbərdən, sallallahu aleyhi və səlləm, nəql olunan mətnlər və onların şərhi də kitabda yer almışdır.
İslam
Mərhəmətli və Rəhmli Allahın adı ilə Özündən soruşmusanmı: Göyləri, yeri və onlarda olan əzəmətli məxluqatları kim yaradıb? Bu dəqiq və kamil nizamı kim yaradıb?
Kainatı kim yaradıb ? Məni kim yaradıb? Və nə üçün?
Mən doğru yol üzərindəyəmmi? Səmaları, yeri və onların arasında olan saysız-hesabsız, əzəmətli məxluqatları kim yaradıb? Göydə və yerdə bu dəqiq, kamil nizamı kim qoymuşdur ? İnsanı yaradan, ona eşitmə, görmə və ağıl bəxş edən, onu elm əldə etmək və həqiqətləri dərk etməyə qadir edən kimdir?
Böyük günahlar lüğəti
Bu kitabda İslamın ən mühüm böyük günahları olan Allaha şirk qoşmaq, Allaha və onun rəsuluna qarşı yalan danışmaq, bidət, riya, namazı tərk etmək, zina və oğurluq kimi əməllər ətraflı şəkildə şərh edilir. Həmçinin kitabda Quran və Sünnədən dəlillər gətirilərək bu böyük günahların dünyadakı və axirətdəki zərərləri izah edilir. Eləcə də tövbə, təqva və saleh əməllər vasitəsilə bu günahlardan qorunma və xilas olma yollarına toxunulur.
Zəkat və oruc haqqında iki müxtəsər risalə.
Bu kitab, zəkat və oruc fərizələrini, onların hökmlərini və faydalarını bəyan edir, həmçinin Allahın qulları üzərindəki haqlarını xatırladır. Kitabda şəri əsaslandırma ilə tərbiyəvi yönləndirməni özündə birləşdirən elmi bir üslubda zəkatın hökmləri, zəkat verilən malların növləri, Ramazanın fəzilətləri, orucun hökmləri və ədəbləri şərh olunur.
Ateistə qısa bir məqalə
“Ateistə qısa bir məqalə” adlı bu risalə, ağıla səslənərək kainatın heyranedici dəqiqliyinin və mükəmməl nizamının təsadüf nəticəsində meydana gələ bilməyəcəyini və Hikmətli Yaradanın varlığına dəlalət etdiyini izah edir. Belə incə ölçü və hesabla qurulmuş bir aləmin yoxluqdan öz-özünə yaranması mümkündürmü? Düşün! Belə mükəmməl və ahəngdar şəkildə qurulmuş bir kainat hansı ağlın məhsulu ola bilər? Qəlbini düşüncəyə və təfəkkürə aç, həqiqətin izinə düş. Ola bilsin, bu yolun sonunda səni işığa aparacaq bir həqiqət taparsan.
إعداد خطيب ماهر
Mərhəmətli və Rəhmli Allahın adı ilə. Həqiqətən, həmd Allaha məxsusdur. Biz Ona həmd edirik, Ondan yardım və bağışlanma diləyirik. Nəfislərimizin şərindən və əməllərimizin pisliyindən Allaha sığınırıq. Allah kimi doğru yola yönəldərsə, onu azdıran olmaz. Kimi də zəlalətdə tək başına buraxarsa, ona hidayət verən olmaz. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, O, Təkdir və heç bir şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və rəsuludur. Allahın salavatı və salamı onun, ailəsinin, səhabələrinin və onlara yaxşılıqla tabe olanların üzərinə olsun. Daha sonra:…
Kainatı kim yaradıb ? Məni kim yaradıb? Və nə üçün?
Kitab kainatın və insanın mənşəyini müzakirə edir, onların həyatı idarə edən qanunları qoymuş Allah adlı əzəmətli bir Yaradanı olduğunu təsdiq edir. Həmçinin Allahın sifətlərini, rəsullara və səmavi kitablara iman gətirməyin əhəmiyyətini izah edir və İslamın dünyada və axirətdə səadətə çatmaq üçün haqq din olduğunu təsdiq edir.
İslam elçisi Muhəmməd (Allahın salavatı və salamı onun üzərinə olsun)
"İslam elçisi Muhəmməd (Allahın salavatı və salamı onun üzərinə olsun)" kitabı Peyğəmbər Muhəmmədin (Allahın salavatı və salamı onun üzərinə olsun) nəsəbindən və yetişməsindən başlayaraq onun mübarək evliliyi, vəhyin və sonuncu risalətinin (peyğəmbərlik missiyasının) başlamasına qədər olan həyatını nəzərdən keçirir, peyğəmbərlik dəlillərini və sadiqliyinin əlamətlərini bəyan edir, gətirdiyi şəriəti (dini əhkamları) və bunun insan hüquqlarının və ləyaqətinin qorunmasındakı rolunu şərh edir. Həmçinin, düşmənlərinin mövqelərini və onun haqqındakı şahidliklərini vurğulayaraq, onu insanlar üçün…
Heç özünə sual vermisənmi? Səni kim yaratdı? Və nə üçün? Və ölümdən sonra nə vardır?
Kitab varlıq və yaradılış məsələsini ələ alır, kamil hikmət və kamillik sahibi olan bir Yaradanın varlığını əqli dəlillərlə sübut edir, həyatın məqsədinin yalnız Allaha ibadət etmək olduğunu və İslamın qorunmuş haqq din olduğunu izah edir. Həmçinin Allahın rəsulu Muhəmmədə iman gətirməyə və onun təlimlərinə tabe olmağa dəvət edir, şirkdən çəkindirir və axirətdəki haqq-hesab və cəzanı təsdiq edir.
Azanın sözlərinin izahı
“Azan kəlmələrinin şərhi” kitabı azanın sözlərini iman baxımından şərh edir, onun əqidəvi və tərbiyəvi cəhətlərini önə çəkir. Kitabda azanın sadəcə namaza bir çağırış deyil, əksinə, tövhidə və nicata yönələn gündəlik bir dəvət olduğu bəyan edilir. Burada Allahı təzim etməkdən, tövhid və risalət şəhadətindən başlayaraq namaza və nicata dəvətə, nəhayət təkbir və tövhidlə yekunlaşmasına qədər azanın kəlmələrinin mənaları təfsilatı ilə izah olunur. Təsirli bir üslubla azanın sözləri ilə onun ruhani məqsədləri arasında əlaqə qurularaq qəlblər oyadılır və Allahla bağlılığ yenilənir.
Suallar və məktublar ensiklopediyası
Bu kitab, müsəlmanları və qeyri-müsəlmanları maraqlandıran geniş yayılmış suallar toplusunu ehtiva edir və Kitab və Sünnəyə istinad edərək elmi cavablar təqdim edir. Həmçinin kitab, gündəlik həyatlarında onları maraqlandıran fiqh və əqidə məsələlərinə xüsusi diqqət yetirərək, İslam məfhumlarını izah etməyi və müsəlmanlar və qeyri-müsəlmanlar üçün onların dərk edilməsini asanlaşdırmağı hədəfləyir, beləliklə də bu, İslama dair sağlam şüuru və düzgün anlayışı möhkəmləndirir.
Azan kəlmələrinin şərhinin müxtəsəri.
“Azan kəlmələrinin şərhi” kitabının müxtəsəri olan bu əsərdə azanın sözləri iman baxımından şərh edilir, onun əqidəvi və tərbiyəvi cəhətləri göstərilir. Həmçinin təsirli bir üslubla, Allahı təzim etməkdən, tövhid və risalət şəhadətindən başlayaraq namaza və nicata dəvətə, nəhayət təkbir və tövhidlə yekunlaşmasına qədər azanın kəlmələrinin mənaları təfsilatı ilə izah olunur.
Dəstəmazın alınma qaydası (əməli və müxtəsər şərh)
Dəstəmazın alınma qaydası (sadələşdirilmiş video) Namazın səhihliyinin şərti olan dəstəmazın qaydasını addım-addım bəyan edən çox mühüm praktiki nümunə. Videoçarxı izlə və dəstəmazın düzgün alınma qaydasını öyrən. Dəstəmazın alınma qaydası
Namazın qılınma qaydası (müxtəsər video)
Allaha bəsirətlə ibadət etməyimiz və namazımızın ərkan və şərtlərinə uyğun şəkildə kamil olması üçün namazın qılınma qaydasını izah edən müxtəsər praktiki nümunə. Namazın qılınma qaydası Namaz qılmaq istədikdə, kiçik və böyük hədəsdən təmizlənməliyik. Namazı övrəti örtən təmiz geyimdə qılırıq. Bədənimiz və namaz qıldığımız məkan nəcislərdən təmiz və pak olmalıdır. Qibləyə yönəlirik. Sütrəyə doğru namaz qılmaq müstəhəbdir.
Ümrə ziyarətinin edilmə qaydası.
Ümrə ziyarətinin edilmə qaydası (Əməli və müxtəsər şərh) Ümrə necə edilir? (Sadələşdirilmiş təlim video) Bu videoçarx ihrama girməkdən ihramdan çıxmağa qədər ümrə əməllərini ardıcıllıqla, sadə və aydın şəkildə izah edir. Videoçarxı izlə və ümrəni asan və mükəmməl şəkildə necə yerinə yetirəcəyini öyrən. Ümrə etmək istəyən şəxsin onun üçün təyin edilmiş miqatdan ihrama girməsi vacibdir. Miqatlar: Peyğəmbərin, sallallahu aleyhi və səlləm, təyin etdiyi məkanlardır. Həcc və ya ümrə etmək istəyən şəxs oradan ihrama girməlidir. Beləliklə, hər kim həcc və ya ümrə niyyəti ilə bu məkanların birindən…
Uca əxlaqi dəyərlər
Risalə, Allahın xəbərlərini və hökmlərini qəbul və rıza ilə qarşılamağın, həmçinin Onun qədərlərinə səbr etməyin zəruriliyini bəyan edərək, Allahla və insanlarla münasibətdə gözəl əxlaqın cəhətlərindən bəhs edir. Eyni zamanda, risalə Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) pak sirəsindən nümunələrlə yanaşı, başqalarına əziyyət verməmək, yaxşılıq etmək və gülər üzlü olmaq vasitəsilə insanlarla davranışda gözəl əxlaqın sahələrini nəzərdən keçirir.
Səhər və axşam deyilən zikrlər
Mərhəmətli və Rəhimli Allahın adı ilə. Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Əzəmətlidir. Əl-Bəqərə 255, Ayətul-kursi "Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də (iman…
Məni kim və nə üçün yaratdı?
Hər bir şey Yaradanın varlığına dəlalət edir. Göyləri, yeri və onların arasında olan saysız-hesabsız, əzəmətli məxluqatları kim yaradıb? Göydə və yerdə bu dəqiq və mükəmməl nizamı kim qurmuşdur? İnsanı yaradan, ona eşitmə, görmə və ağıl bəxş edən, ona elm əldə etmək və həqiqətləri dərk etmək qabiliyyətini verən kimdir? Sənin və canlı varlıqların bədənindəki bu dəqiq quruluşu necə izah edirsən? Onları kim yaratmışdır? Bu əzəmətli kainat onu illər boyu dəqiq tənzimləyən qanunlarla necə nizamlanmış və sabit qalmışdır?
"Əl-Muxtəsar" və "Rub'u Yəsin" 1 kitabına giriş və Rub'u Yəsinin azərbaycan dili üçün fərqləri 1 Quranın Yasin surəsindən başlayaraq dörddə bir hissəsinə deyilir
Müqəddimənin azərbayacan dilinə tərcüməsi Kitabı quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha həmd olsun, Peyğəmbərimiz Məhəmmədə, onun ailəsinə, səhabələrinə və qiyamət gününə qədər xeyirdə onlara tabe olanlara salavat və salam olsun!... Daha sonra : İnsanın bütün həyatı boyu etdiyi ən böyük səyahət, Uca və Pak olan Allahın kəlamı ilə etdiyi səyahətdir. Qurani-Kərim: Uca və Pak olan Yaradana nisbətində heç bir şübhə olmayan yeganə səmavi kitabdır. Uca Allah buyurur:
Məscidun-Nəbəvinin fəzilətləri və ədəbləri, Peyğəmbərin, sallallahu əleyhi va səlləm, və onun iki səhabəsinin, Allah onlardan razı olsun, qəbirlərini ziyarət etməyin hökmləri.
Bu kitab Məscidun-Nəbəvinin fəzilətlərini və ziyarətinin ədəblərini, eləcə də Peyğəmbərin, sallallahu əleyhi va səlləm, və onun iki səhabəsinin, Allah onlardan razı olsun, qəbirlərini ziyarət etməyin ədəblərini bəyan edir, həmçinin ziyarət zamanı vüqarlı olmağın, təharətə riayət etməyin və bidət əməllərdən uzaq durmağın əhəmiyyətini vurğulayır.
Kitab və Sünnə işığında asanlaşdırılmış fiqh
Kitab haqqında məlumat üçün klikləyin.
İslam, Allahın göndərdiyi elçilərin dinidir.
İslam kainatın yaradıcısı və onu idarə edən Allaha təslim olmaq, Ona sevərək və təzim edərək tabe olmaqdır. İslamın əsası Allaha, Onun Yaradıcı olduğuna və Ondan başqa olan hər bir şeyin yaradıldığına, yalnız Onun ibadətə layiq tək və şəriki olmayan ilah olduğuna iman etməkdir. Həmçinin ən gözəl adlar və ən kamil sifətlər, heç bir nöqsan olmadan mütləq kamillik Ona məxsusdur. O, nə doğmayıb, nə də doğulmayıb, Onun heç bir tayı və bənzəri də yoxdur. O, heç bir məxluqatına daxil olmayıb və onlarda da təcəssüm etməmişdir. İslam, Allahın insanlardan qəbul edəcəyi yeganə dindir və o həmçinin bütün…
Qurani Kərimdə və Peyğəmbərin (Allahın salavatı və salamı onların üzərinə olsun) sünnəsində zikr edildiyi kimi, İslam haqqında yığcam kitabça.
İslam Bu mühüm kitab İslam haqqında yığcam məlumatları ehtiva edir; İslamın ən mühüm əsaslarını, təlimlərini və özəlliklərini onun əsas mənbələri olan Qurani Kərim və Peyğəmbərin (Allahın salavatı və salamı onların üzərinə olsun) sünnəsinə istinad edərək bəyan edir. Kitab müsəlman və qeyri müsəlman olmasından, məkan və zamanından, hal və vəziyyətindən asılı olmayaraq öz dillərində olmaqla bütün mükəlləf insanlar üçün nəzərdə tutulmuşdur. Qurani Kərimdən və Peyğəmbərin (Allahın salavatı və salamı onların üzərinə olsun) sünnəsindən dəlilləri ehtiva edən nüsxə. 1. İslam: Allahın bütün insanlara…