"Əl-Muxtəsar" və "Rub'u Yəsin" 1 kitabına giriş və Rub'u Yəsinin azərbaycan dili üçün fərqləri 1 Quranın Yasin surəsindən başlayaraq dörddə bir hissəsinə deyilir Müqəddimənin azərbayacan dilinə tərcüməsi Kitabı quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha həmd olsun, Peyğəmbərimiz Məhəmmədə, onun ailəsinə, səhabələrinə və qiyamət gününə qədər xeyirdə onlara tabe olanlara salavat və salam olsun!... Daha sonra : İnsanın bütün həyatı boyu etdiyi ən böyük səyahət, Uca və Pak olan Allahın kəlamı ilə etdiyi səyahətdir. Qurani-Kərim: Uca və Pak olan Yaradana nisbətində heç bir şübhə…
"Əl-Muxtəsar" və "Rub'u Yəsin" 1 kitabına giriş və Rub'u Yəsinin azərbaycan dili üçün fərqləri
1 Quranın Yasin surəsindən başlayaraq dörddə bir hissəsinə deyilir
Müqəddimənin azərbayacan dilinə tərcüməsi
Kitabı quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha həmd olsun, Peyğəmbərimiz Məhəmmədə, onun ailəsinə, səhabələrinə və qiyamət gününə qədər xeyirdə onlara tabe olanlara salavat və salam olsun!... Daha sonra :
İnsanın bütün həyatı boyu etdiyi ən böyük səyahət, Uca və Pak olan Allahın kəlamı ilə etdiyi səyahətdir.
Qurani-Kərim:
Uca və Pak olan Yaradana nisbətində heç bir şübhə olmayan yeganə səmavi kitabdır. Uca Allah buyurur:
Bu, Allahın bütün bəşəriyyətə xitabı olan bir kitabdır. Uca Allah buyurur:
Bu (Quran) aləmlərə ancaq xatırlatmadır.{Sad: 87}
Bu, əhatə etdiyi nəzmindəki möcüzələri ilə, qeybi və aşkar aləmlər haqqında verdiyi xəbərlərlə, öz dini qanunları ilə, insan və cinlərə (qurana bənzərini gətirə bilməyəcəkləri haqqında) meydan oxuması ilə Məhəmmədin (Allahın salavatı və salamı onun üzərinə olsun) peyğəmbərliyinə qəti dəlili təmsil edən kitabdır. Uca Allah belə buyurmuşdur:
Qurani-Kərim etibarlı mələk Cəbrail (Allahın salamı onun üzərinə olsun) vasitəsilə Məhəmmədin (Allahın salavatı və salamı onun üzərinə olsun) qəlbinə açıq-aydın ərəb dilində nazil olmuşdur, Uca Allah buyurur:
Məhəmməd Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Uca Allah buyurduğu kimi Qurani-Kərimin sözlərini çatdırmış və mənasını da bəyan etmişdir, Uca Allah buyurur:
Sənə də zikri (Quranı) nazil etdik ki, insanlara, onlara nazil olanı izah edəsən.[Nəhl: 44]
Beləliklə, Qurani-Kərimin ən mühüm xüsusiyyətlərindən biri, onun mənasının asanlıqla başa düşülməsi və oxunuşunun asan olmasıdır, Uca Allah buyurur:
Həqiqətən, Biz Quranı ibrət almaq üçün asanlaşdırdıq. Bəs ibrət alan varmı?[Əl-Qəmər: 17].
Möhtərəm səhabələr (Allah onlardan razı olsun) vəhy zamanında yaşadıqları və onu Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) götürdükləri üçün Qurani-Kərimi elm və əməl baxımından ən yaxşı bilən nəsil idi. Ərəb dili insanlar arasında zəiflədikdə və vəhy vaxtından uzaqlaşdıqca, insanların, Uca Allahın kəlamını onlar üçün şərh edəcək kəslərə ehtiyacları çoxaldı. Beləliklə də, müxtəlif istiqamətlərdə təfsir kitabları meydana çıxdı, bununla da, bilərək və ya bilməyərək bəzi yanlış izahlar ortaya çıxdı.
Bu dövrdə düzgün və asan olmağı hədəfləyən qısa təfsirə ehtiyac var, ona görə də bu layihə:
“Qurani-Kərimin müxtəsər (qısa) təfsiri” adlanır.
(Bu təfsir) aşağıdakı xüsusiyyətləri özündə birləşdirir:
İfadələrinin aydın və asan anlaşılan olması.
Qiraət, qrammatik təhlil, fiqh və bu kimi digər məsələlərə girmədən ayələrin təfsiri və mənalarını izah etməklə kifayətlənmək.
Təfsir əsnasında bəyan edilməsinə ethiyac duyulan Quranın ləfzlərinin izahı.
Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) səhih olaraq gəlmiş təfsirə, səhabələrin, tabiinlərin və onların ardıcıllarının (Allah onlardan razı olsun) təfsirlərinə etimad edərək və düzgün təfsir qaydalarına əsaslanaraq təfsirdə doğru metoda tabe olmaq.
Təfsirçilər nəzdində təfsir qaydalarına və üstün görüş seçimin dəlillərinə riayət edərək, fikir ayrılığı zamanı doğru olması ən çox ehtimal olunan mənanı müəyyən etmək.
Ayələri daha yaxşı başa düşmək və onlardan tam faydalanmaq üçün bəzi ayələrin yol göstəriciliyi və faydaları hər səhifənin aşağısında “Ayələrdən əldə edilən faydalar” ünvanı altında qeyd etmək.
Hər bir surənin əvvəlində onun nazil olma vaxtını (Məkkə və ya Mədinəni) və ən mühüm məqsədlərini qısa şəkildə bəyan etməklə təqdim etmək.
Bu tərcüməni Qurani-Kərimin haşiyəsinə yazmaq.
Bu müxtəsər təfsiri yazmaq, nəzərdən keçirmək, möhkəmlətmək və ona nəzarət etmək vəzifəsini İslam dünyasının bir neçə ölkəsindən olan təfsir və əqidə üzrə ixtisaslaşmış bir qrup seçmə alimlər öz üzərinə götürmüşdür.
Bu layihənin məqsədlərinə nail olmaq və onu bütün dünyaya yaymaq, Qurani-Kərimin yolunu bütün insanlara çatdırmaq vəzifəsini yerinə yetirmək, bu dünyada xoşbəxtlik, mərhəmət, təhlükəsizlik və sükunət prinsiplərinin yayılmasına töhfə vermək üçün səy göstərilərək bu müxtəsər təfsirin tərcümə işi azərbaycan dilinə tamamlanmışdır.
.
Bu layihənin isnadı:
"Ruvvəd Tərcümə Mərkəzi" nə aiddir.
Bu (layihə), bu dildə danışanlara Quranın mənalarını asan və rahatlıqla başa düşməklərinə yardım etmək və ona əməl etmək üçün Quranın mənalarını çatdırmağı hədəfləyir.
Tədqiqində, incələnməsində və yoxlanılmasında böyük zəhmət çəkilmiş, oxucular üçün uyğun, elmi xətalardan uzaq, bu dildə oxuyan hər kəs üçün rahat, asan başa düşüləcək bu tərcümə ilə Allahın bu uca hədəfi reallaşdırmasını ümid edirik.
Və son olaraq
Bu, “Qurani-Kərimin Müxtəsər Təfsirinin ”nin azərbaycan dilinə tərcüməsinin birinci/ikinci nəşridir ki, biz onu aşağıdakı mərhələlərdən keçirərək tərcümə etməyə səy göstərdik:
Tərcümə.
Dil cəhətdən yoxlama.
Şər'i cəhətdən yoxlama.
Etimad və çap.
Səhvləri düzəltmə və təkmilləşdirmə.
Biz bacardığımız qədər doğru olanı axtardıq və bacardığımız qədər kamilliyə nail olmaq üçün çalışdıq və doğru olan hər şey Allahın lütfü və müvəffəqiyyəti ilədir, səhv olan isə özümüzdəndir. Uca Allahdan xətalarımızı bağışlamasını, bu tərcüməni faydalı və insanlar tərəfindən qəbul görülən etməsini istəyirik. O, istəklərimizi yerinə yetirən ən səxavətli olan və ən çox ümid ediləndir.
Bu tərcüməni qiymətləndirmək və səhvləri düzəltmək üçün səy göstərən hər kəsə təşəkkür edir və “Qurani-Kərimin Müxtəsər Təfsirinin”nin tərcümələri üçün olan elektron platformada onun təkmilləşdirilməsi üçün hər hansı qeyd və ya təklifinizi bizə bildirməyinizi xahiş edirik.
Fatihə və Yəsin surəsindən başlayaraq Quranın dörddə biri
Ərəbcə mətn
Tərcümə
"Qurani-Kərimin Müxtəsər təfsiri" kitabından Fatihə surəsi və Yəsin surəsindən başlayaraq Quranın dörddə biri
Tərcüməsi
Bütün hüquqlar qorunur.
Tərcüməsi
"Dərul-Muxtəsar" Nəşriyyatı və Yayımı üçün
Tərcüməsi
Birinci nəşr
Hicri 1445 - miladi 2023
Tərcüməsi
Xeyriyyə və kommersiya təşkilatları üçün xüsusi nəşrlərə "Dərul-Muxtəsar Nəşriyyatı və Yayımı"-dan yazılı razılıq alındıqdan sonra icazə verilir.
Tərcüməsi
Səudiyyə Ərəbistanı Krallığı- Məkkə Əl-Mukərrəmə
Tərcüməsi
Mərhəmətli və Rəhimli Allahın adı ilə
Tərcüməsi
Müqəddimə
Tərcüməsi
Kitabı quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha həmd olsun, Peyğəmbərimiz Məhəmmədə, onun ailəsinə, səhabələrinə və qiyamət gününə qədər xeyirdə onlara tabe olanlara salavat və salam olsun!... Daha sonra :
Quranın ayələrinin mənalarını oxucu kütləsinə çatdırmaq cəhdiylə və onların xüsusi olaraq istəkləri üzərinə : "Əl-Muxtəsar fi Təfsir əl-Quran əl-Kərim"in azərbaycan dilinə tərcüməsindən "Əl-Fatihə və Rub'u Yəsin" ortaya çıxarılmışdır. Bu işi yerinə yetirənlər aşağıdakı xüsusiyyətləri cəm etməyə cəhd etdilər:
İfadələrinin aydın və asan anlaşılan olması.
Qiraət, qrammatik təhlil, fiqh və bu kimi digər məsələlərə girmədən ayələrin təfsiri və mənalarını izah etməklə kifayətlənmək.
Təfsir əsnasında, bəyan edilməsinə ethiyac duyulan Quran ləfzlərinin izahı.
Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) səhih olaraq gəlmiş təfsirə, səhabələrin, tabiinlərin və onların ardıcıllarının (Allah onlardan razı olsun) təfsirlərinə etimad edərək və düzgün təfsir qaydalarına əsaslanaraq təfsirdə doğru metoda tabe olmaq.
Təfsirçilər nəzdində təfsir qaydalarına və üstün görüş seçimin dəlillərinə riayət edərək, fikir ayrılığı zamanı doğru olması ən çox ehtimal olunan mənanı müəyyən etmək.
Ayələri daha yaxşı başa düşmək və onlardan tam faydalanmaq üçün bəzi ayələrin yol göstəriciliyi və faydaları hər səhifənin aşağısında “Ayələrdən əldə edilən faydalar” ünvanı altında qeyd etmək
Hər bir surənin əvvəlində onun nazil olma vaxtını (Məkkə və ya Mədinəni) və ən mühüm məqsədlərini qısa şəkildə bəyan etməklə təqdim etmək.
Yuxarıdakıların hamısını toplayıb “Rub'u Yəsin” mətninin haşiyəsində yazmaq.
Biz Uca Allahdan müvəffəqiyyət və bu əməli qəbul eməsini diləyirik. Bu tərcüməni qiymətləndirmək və səhvləri düzəltmək üçün səy göstərən hər kəsə təşəkkür edir və “Qurani-Kərimin Müxtəsər Təfsirinin”nin tərcümələri üçün olan elektron platformada onun təkmilləşdirilməsi üçün hər hansı qeyd və ya təklifinizi bizə bildirməyinizi xahiş edirik.
“Bəqərə” surəsini “Yəsin” surəsi ilə əvəz etməklə və lazım olan şeyləri dəyişdirərək “Rub’u Yəsin”də keçən muqatta hərflərinin tərcüməsini düzəltməyi ümid edirik.
Ərəbcə mətn
Tərcümə
(يس) Bu Quranın bəzi surələrinin başladığı hərflərdir, bunlar əlifba hərfləri olub, tək gəldikdə özlüyündə heç bir məna daşımayan (أ، ب ،ت، إلخ) hərflərdir ki, onların hikmət və bir mənası vardır, çünki, Quranda hikməti olmayan heç bir şey yoxdur. Bu hərflərin ən mühüm hikmətlərindən biri: Bildikləri və danışdıqları eyni hərflərdən ibarət olan Quranla onlara meydan oxumağa işarə; buna görə də bu surədə olduğu kimi, adətən bu hərflərdən sonra Qurani-Kərim haqqında danışılır.
(ص) Yəsin surəsinin əvvəlində muqatta hərfləri haqqında danışıldı. İnsanlara dünyada və axirətdə fayda verəcək şeyləri xatırlatmağı əhatə edən Qurana and olsun ki, müşriklərin zənn etdiyi kimi Allahla yanaşı şəriklərinin olması (həqiqət) deyil.
(حم) Yəsin surəsinin əvvəlində muqatta hərfləri haqqında danışılmışdır.
(حم) Yəsin surəsinin əvvəlində muqatta hərfləri haqqında danışılmışdır.
1-2(حم، عسق)
Yəsin surəsinin əvvəlində muqatta hərfləri haqqında danışılmışdır.
(حم)Yəsin surəsinin əvvəlində muqatta hərfləri haqqında danışılmışdır.
(حم)Yəsin surəsinin əvvəlində muqatta hərfləri haqqında danışılmışdır.
(حم)Yəsin surəsinin əvvəlində muqatta hərfləri haqqında danışılmışdır.
(حم)Yəsin surəsinin əvvəlində muqatta hərfləri haqqında danışılmışdır.
(ق)Yəsin surəsinin əvvəlində muqatta hərfləri haqqında danışılmışdır. Uca Allah Qurani-Kərimin ehtiva etdiyi mənalarına və xeyir və bərəkətinin çoxluğuna görə ona and içmişdir; Şübhəsiz ki, siz qiyamət günü haqq-hesab və əməllərinizin qarşılığını almaq üçün dirildiləcəksiniz.
(ن)Yəsin surəsinin əvvəlində muqatta hərfləri haqqında danışılmışdır. Allah qələmə və insanların qələmləri ilə yazdıqlarına and içmişdir.
Kitab və Sünnə işığında həcc, ümrə və ziyarətlə bağlı bir çox məsələlərin araşdırılması və izahı.
43 dil
Kitab və Sünnə işığında həcc, ümrə və ziyarətlə bağlı bir çox məsələlərin araşdırılması və izahı.
Bu kitab Quran və Sünnəyə uyğun olaraq həcc, ömrə və ziyarətin hökmlərini izah edir, həcc və ömrənin vaciblərini, ehram zamanı qadağan olunan əməlləri və Məscidun-Nəbəvini ziyarət etməyin ədəblərini bəyan edir. Həmçinin bu ibadətlərdə yol verilən bidətlərdən çəkindirir.
“Azan kəlmələrinin şərhi” kitabı azanın sözlərini iman baxımından şərh edir, onun əqidəvi və tərbiyəvi cəhətlərini önə çəkir. Kitabda azanın sadəcə namaza bir çağırış deyil, əksinə, tövhidə və nicata yönələn gündəlik bir dəvət olduğu bəyan edilir. Burada Allahı təzim etməkdən, tövhid və risalət şəhadətindən başlayaraq namaza və nicata dəvətə, nəhayət təkbir və tövhidlə yekunlaşmasına qədər azanın kəlmələrinin mənaları təfsilatı ilə izah olunur. Təsirli bir üslubla azanın sözləri ilə onun ruhani məqsədləri arasında əlaqə qurularaq qəlblər oyadılır və Allahla bağlılığ yenilənir.
Qurani Kərimdə və Peyğəmbərin (Allahın salavatı və salamı onların üzərinə olsun) sünnəsində zikr edildiyi kimi, İslam haqqında yığcam kitabça.
63 dil
Qurani Kərimdə və Peyğəmbərin (Allahın salavatı və salamı onların üzərinə olsun) sünnəsində zikr edildiyi kimi, İslam haqqında yığcam kitabça.
İslam Bu mühüm kitab İslam haqqında yığcam məlumatları ehtiva edir; İslamın ən mühüm əsaslarını, təlimlərini və özəlliklərini onun əsas mənbələri olan Qurani Kərim və Peyğəmbərin (Allahın salavatı və salamı onların üzərinə olsun) sünnəsinə istinad edərək bəyan edir. Kitab müsəlman və qeyri müsəlman olmasından, məkan və zamanından, hal və vəziyyətindən asılı olmayaraq öz dillərində olmaqla bütün mükəlləf insanlar üçün nəzərdə tutulmuşdur. Qurani Kərimdən və Peyğəmbərin (Allahın salavatı və salamı onların üzərinə olsun) sünnəsindən dəlilləri ehtiva edən nüsxə. 1. İslam: Allahın bütün insanlara…
Qurani Kərimdə və Peyğəmbərin, Allahın salavatı və salamı onların üzərinə olsun, sünnəsində zikr edildiyi kimi, İslam haqqında yığcam risalə.
58 dil
Qurani Kərimdə və Peyğəmbərin, Allahın salavatı və salamı onların üzərinə olsun, sünnəsində zikr edildiyi kimi, İslam haqqında yığcam risalə.
Mərhəmətli və Rəhimli Allahın adı ilə İslam (Dəlillərdən qısaldılmış nüsxə)[1] [1] Bu risalənin hər bir məsələsi Qurani Kərimdən və Peyğəmbərin, Allahın salavatı və salamı onların üzərinə olsun, sünnəsindən olan dəlillərlə təchiz edilmiş başqa bir nüsxəsi ilə tanış olmaq üçün bu linkə daxil olun: https://islamhouse.com/ar/books/2830071. Bu mühüm risalə İslam haqqında yığcam məlumatları ehtiva edir; İslamın ən mühüm əsaslarını, təlimlərini və özəlliklərini onun əsas mənbələri olan Qurani Kərim və Peyğəmbərin, Allahın salavatı və salamı onların üzərinə olsun, sünnəsinə istinad edərək bəyan…