Mərhəmətli və Rəhimli Allahın adı ilə. Səhər və axşam deyilən zikrlər Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Əzəmətlidir. Əl-Bəqərə 255, Ayətul-kursi "Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman…
Adı çəkildikdə nə yerdə, nə də göydə heç bir şeyin zərər vermədiyi Allahın adı ilə! O, eşidəndir, biləndir!(Üç dəfə)
Rəbb olaraq Allahdan, din olaraq İslamdan, peyğəmbər olaraq Muhəmməddən (Allahın salavatı və salamı onun üzərinə olsun) razı oldum.(Üç dəfə)
Sabaha çıxdıq, mülk də Allahın olaraq sabaha çıxdı.Həmd də Allaha məxsusdur, Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur, təkdir və şəriksizdir, Mülk və Həmd onundur və O, hər şeyə qadirdir. Rəbbim, Səndən bu günün xeyrini və bundan sonrakı xeyri diləyirəm. Bu günün şərrindən və bundan sonrakı şərdən Sənə sığınıram. Rəbbim! Tənbəllikdən və pis qocalıqdan Sənə sığınıram, Rəbbim Cəhənnəm əzabından və qəbir əzabından Sənə sığınıram.Axşam isə deyir:Axşama çıxdıq və mülk də Allahın olaraq axşama çıxdı.Və deyir:Rəbbim, səndən bu gecənin xeyrini diləyirəm...(Səhərə çıxdıq və mülk də səhərə çıxdı) və (bu günün) sözlərinin əvəzinə sona qədər (digər sözləri olduğu kimi deyir).
Allahım! Sənin sayəndə səhərə çıxdıq, Sənin sayəndə axşama çıxdıq, Sənin sayəndə yaşayırıq, Sənin sayəndə ölürük! Qayıdış Sənədir!Axşam isə deyir:Allahım! Sənin sayəndə axşama çıxdıq, Sənin sayəndə səhərə çıxdıq, Sənin sayəndə ölürük, Sənin sayəndə yaşayırıq! Dönüş Sənədir!
Allahım! Bu səhər mənə və ya yaratdıqlarından hər hansı birinə verdiyin nemət Səndəndir. Sən Təksən, şərikin yoxdur. Həmd Sənədir, şükür Sənədir!Axşam isə deyir:Bu axşam verdiyin.
(üç dəfə),
Allahım! Dünyada və axirətdə Səndən əfv və salamatlıq diləyirəm! Allahım! Dinim, dünyam, ailəm və malım üçün Səndən əfv və salamatlıq diləyirəm! Allahım! Eyiblərimi ört və qorxularımdan məni əmin-amanlıqda et! Allahım! Məni önümdən, arxamdan, sağımdan, solumdan və başımın üstündən qoru. Ayağımın altının qazılmasından Sənin əzəmətinə sığınıram.
Allahım Sən mənim Rəbbimsən, Səndən başqa ibadətə layiq məbud yoxdur, məni Sən yaratdın, mən Sənin qulunam, mən Sənə olan əhdimə və vədimə bacardığım qədər sadiqəm, etdiklərimin şərrindən Sənə sığınıram, mənə verdiyin neməti etiraf edirəm və günahımı boynuma alıram, məni bağışla, günahları yalnız Sən bağışlayırsan.
«Göyləri və yeri yaradan, qeybdə və aşkarda olanı Bilən, Hər şeyin Rəbbi və Hökmdarı olan Allahım! Şahidlik edirəm ki, Səndən başqa ibadətə layiq haqq məbud yoxdur. Nəfsimin şərindən, şeytanın şərrindən və şirkindən, özümə pislik etməkdən yaxud onu bir müsəlmana yetirməkdən Sənə sığınıram.
Allahım! Sənin Özündən başqa məbud olmayan, Tək və şəriksiz Allah olduğuna, Muhəmmədin Sənin qulun və rəsulun olduğuna Səni, Ərşini daşıyanları, mələklərini, peyğəmbərlərini və bütün yaratdıqlarını şahid tutaraq səhərə çıxdım!Axşam isə (deyir)"Allahım! .... axşama çıxdım."Sona qədər (Dörd dəfə).
Allahdan başqa ibadətə layiq məbud yoxdur, təkdir, şəriki yoxdur, mülk və həmd Ona məxsusdur. O hər şeyə qadirdir.Səhər və axşam (100 dəfə).
Allah mənə yetər, Ondan başqa ibadətə layiq məbud yoxdur, Ona təvəkkül etdim və O əzəmətli ərşin Rəbbidir.(Yeddi dəfə).
Allah pak və nöqsansızdır və həmd Ona məxsusdur.Səhər və ya axşam (yüz dəfə). Və ya hər ikisində (deyilir).
Allahdan bağışlanma diləyirəm və Ona tövbə edirəm.(Yüz dəfə).
Bunu yazmaq imkanım oldu. Uca Allahdan bunu faydalı etməsini diləyirəm.
Bunu Muhəmməd Saleh Əl-Useymin (Allah ona rəhmət etsin) hicri tarixi ilə 20/1/1418 -də yazdı.
Peyğəmbərin (sallallahu aleyhi va səlləm) namaz qılma qaydası
75 dil
Peyğəmbərin (sallallahu aleyhi va səlləm) namaz qılma qaydası
“Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) namaz qılma qaydası” kitabında Hörmətli Şeyx Abdüləziz bin Baz (Allah ona rəhmət etsin) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) namazının sifətini asan üslub və dəqiq metodla, səhih dəlillərə istinad edərək xülasə etmişdir ki, bu, müsəlmana namazında rəhbər olsun. O, bu əsərdə namazın rükunlarını, sünnələrini və sifətlərini dəstəmazdan salama qədər bəyan etmiş, dəlil ilə bəyanı birləşdirərək, ən böyük ibadətdə Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) tam şəkildə iqtida etməyə dəvət etmişdir.
İslam elçisi Muhəmməd (Allahın salavatı və salamı onun üzərinə olsun)
65 dil
İslam elçisi Muhəmməd (Allahın salavatı və salamı onun üzərinə olsun)
"İslam elçisi Muhəmməd (Allahın salavatı və salamı onun üzərinə olsun)" kitabı Peyğəmbər Muhəmmədin (Allahın salavatı və salamı onun üzərinə olsun) nəsəbindən və yetişməsindən başlayaraq onun mübarək evliliyi, vəhyin və sonuncu risalətinin (peyğəmbərlik missiyasının) başlamasına qədər olan həyatını nəzərdən keçirir, peyğəmbərlik dəlillərini və sadiqliyinin əlamətlərini bəyan edir, gətirdiyi şəriəti (dini əhkamları) və bunun insan hüquqlarının və ləyaqətinin qorunmasındakı rolunu şərh edir. Həmçinin, düşmənlərinin mövqelərini və onun haqqındakı şahidliklərini vurğulayaraq, onu insanlar üçün…
Bu kitab, müsəlmanın öyrənməli olduğu əsasları – Allahı, İslam dinini və peyğəmbər Muhammədi, sallallahu aleyhi və səlləm, tanımağı – əhatə edir və Quran və hədis dəlillərinə istinad edərək, iman və saleh əməllərin qurulmasında bu əsasların əhəmiyyətini vurğulayır.
İslam kainatın yaradıcısı və onu idarə edən Allaha təslim olmaq, Ona sevərək və təzim edərək tabe olmaqdır. İslamın əsası Allaha, Onun Yaradıcı olduğuna və Ondan başqa olan hər bir şeyin yaradıldığına, yalnız Onun ibadətə layiq tək və şəriki olmayan ilah olduğuna iman etməkdir. Həmçinin ən gözəl adlar və ən kamil sifətlər, heç bir nöqsan olmadan mütləq kamillik Ona məxsusdur. O, nə doğmayıb, nə də doğulmayıb, Onun heç bir tayı və bənzəri də yoxdur. O, heç bir məxluqatına daxil olmayıb və onlarda da təcəssüm etməmişdir. İslam, Allahın insanlardan qəbul edəcəyi yeganə dindir və o həmçinin bütün…