الإسلام - نبذة موجزة عن الإسلام (مجردة من الأدلة)
Mərhəmətli və Rəhimli Allahın adı ilə İslam Qurani Kərimdə və Peyğəmbərin, Allahın salavatı və salamı onların üzərinə olsun, sünnəsində zikr edildiyi kimi, İslam haqqında yığcam risalə. (Dəlillərdən qısaldılmış nüsxə)[1] [1] Bu risalənin hər bir məsələsi Qurani Kərimdən və Peyğəmbərin, Allahın salavatı və salamı onların üzərinə olsun, sünnəsindən olan dəlillərlə təchiz edilmiş başqa bir nüsxəsi ilə tanış olmaq üçün bu linkə daxil olun: https://islamhouse.com/ar/books/2830071. Bu mühüm risalə İslam haqqında yığcam məlumatları ehtiva edir; İslamın ən mühüm əsaslarını, təlimlərini və…
These files are generated automatically from the book's text; their layout may differ from the printed edition.
Mərhəmətli və Rəhimli Allahın adı ilə
İslam
Qurani Kərimdə və Peyğəmbərin, Allahın salavatı və salamı onların üzərinə olsun, sünnəsində zikr edildiyi kimi, İslam haqqında yığcam risalə.
(Dəlillərdən qısaldılmış nüsxə)[1] [1] Bu risalənin hər bir məsələsi Qurani Kərimdən və Peyğəmbərin, Allahın salavatı və salamı onların üzərinə olsun, sünnəsindən olan dəlillərlə təchiz edilmiş başqa bir nüsxəsi ilə tanış olmaq üçün bu linkə daxil olun: https://islamhouse.com/ar/books/2830071.
Bu mühüm risalə İslam haqqında yığcam məlumatları ehtiva edir; İslamın ən mühüm əsaslarını, təlimlərini və özəlliklərini onun əsas mənbələri olan Qurani Kərim və Peyğəmbərin, Allahın salavatı və salamı onların üzərinə olsun, sünnəsinə istinad edərək bəyan edir. Risalə müsəlman və qeyri müsəlman olmasından, məkan və zamanından, hal və vəziyyətindən asılı olmayaraq öz dillərində olmaqla bütün mükəlləf insanlar üçün nəzərdə tutulmuşdur.
1. İslam: Allahın bütün insanlara göndərdiyi risaləsidir. Bu, əbədi qalacaq ilahi bir risalədir.
İslam dini müəyyən adamlara və ya müəyyən bir qövmə məxsus deyil, əksinə, o, Allahın insanların hamısına göndərdiyi dinidir.
3. İslam - əvvəlki peyğəmbərlərin və elçilərin (onlara Allahın salavatı və salamı olsun) öz ümmətlərinə gətirdikləri risalələri tamamlamaq üçün göndərilmiş ilahi risalədir.
4. Peyğəmbərlərin (Allahın salavatı və salamı onların üzərinə olsun) dini bir, şəriət qanunları isə müxtəlifdir:
5. Peyğəmbərlərin hamısı - Nuh, İbrahim, Musa, Süleyman, Davud, İsa (onlara Allahın salavatı və salamı olsun) və başqaları dəvət etdiyi kimi, İslam dini də, Rəbbimizin Allah, Yaradan, Ruzi verən, Dirildən, Öldürən, Hökmdar, Hökmran olduğuna, Onun bütün işləri idarə etdiyinə, habelə, Şəfqətli və Rəhmli olduğuna iman gətriməyə dəvət edir.
6. Pak, Müqəddəs və Uca Allah - Yaradandır, ibadətə layiq olan tək İlahdır və Ondan başqa heç kəsə ibadət edilməməlidir.
Kainatda bizim gördüyümüz və görmədiyimiz hər şeyi yaradan Allahdır. Allahdan başqa nə varsa, hamısı Onun yaratdığı məxluqatdır. Allah göyləri və yeri altı günə yaratmışdır.
8. Hökmranlıq, yaxud yaratmaq, yaxud idarə etmək, yaxud Ona ibadət edilməsi xüsusunda Pak, Müqəddəs və Uca Allahın heç bir şəriki yoxdur.
9. Pak və Müqəddəs Allah nə doğub, nə də doğulub. Onun tayı-bənzəri də yoxdur.
10. Pak, Müqəddəs və Uca Allah məxluqatdan heç bir şeyin içinə girməz, heç bir şeyə dönməz (və ya hər hansı məxluqun cildində təcəssüm etməz)
11. Pak, Müqəddəs və Uca Allah Öz qullarına qarşı şəfqətli və rəhmlidir. Elə buna görə də, Peyğəmbərlər göndərmiş və kitablar nazil etmişdir.
12. Rəhmli Rəbb məhz Allahdır. Qiyamət günü məxluqatı yalnız O, haqq-hesaba çəkəcək; onların hamısını dirildib qəbirlərindən çıxaracağı zaman, hər kəsə etdiyi xeyir və ya şər əməlin əvəzini verəcəkdir. Kim mömin olduğu halda saleh əməllər etmişdirsə, ona əbədi nemətlər bəxş ediləcək. Kim də küfr etmiş və günah işlər görmüşdürsə, axirətdə onu böyük bir əzab gözləyir.
13. Pak, Müqəddəs və Uca Allah Adəmi torpaqdan yaratmış, ondan sonra da onun zürriyyətini artırmışdır. Demək, insanların hamısı əslində bərabərdirlər. Heç bir fərd digərindən, heç bir qövm də digər qövmdən üstün deyil. Yalnız təqvalılardan başqa.
14. Doğulan hər bir körpə fitrətə uyğun doğulur.
15. Heç bir insan xəta edən biris olduğu və ya başqasının xətalarına varis olduğu halda dünyaya gəlmir:
16. İnsanların yaradılışındakı qayə, yalnız Allaha ibadət etməkdir:
İlsam dini insanı - istər kişi olsun, istər qadın - ehtiram sahibi etmiş və onun haqlarını kamil şəkildə ödəməyi öz öhdəsinə götürmüş, özünü də öz seçimlərinə, əməllərinə və verdiyi qərarlara görə cavabdeh etmiş, habelə, istər özünə, istərsə də başqalarına zərər verəcəyi əməlin cavabdehliyini də onun boynuna yükləmişdir.
18. Kişi ilə qadını məsuliyyət, cəza və savab baxımından bərabər etmişdir.
19. İslam dini qadına böyük dəyər vermiş və onları (xislət və əxlaq baxımından) kişilərə tay etmişdir. Kişilərə də imkanları daxilində onların qayğısına qalmağı əmr etmişdir. Odur ki, imkan daxilində ata öz qızının qeydinə qalmalı, həddi-büluğa çatmış övlad anasının qayğısına qalmalı, ər də həyat yoldaşının qeydinə qalmalıdır.
20. Ölüm əbədi olaraq yox olmaq demək deyil, əksinə, o, əməl edilən yerdən əməlin əvəzi (mükafatı və ya cəzası) veriləcək yerə köçməkdir. Ölüm həm bədəni, həm də ruhu yaxalayır. Ruhun ölməsi, bədəni tərk etməsidir. Qiyamət günü o insan dirildikdə ruhu yenə onun bədəninə qayıdacaq. İnsan öldükdən sonra onun ruhu başqa bir bədənə sirayət etmir, onun içinə yerləşmir.
21. İslam dini (insanları) imanın ən böyük əsasları ilə iman gətirməyə dəvət edir. O əsaslar: Allaha, Onun mələklərinə, ilahi kitablara - Tövrata, İncilə və Zəbura - təhrif olunmamışdan əvvəlki halına -, habelə Qurana, bütün peyğəmbərlərə və elçilərə (Allahın onlara salamı olsun), o cümlədən də, onların sonuncusuna - peyğəmbərlərin və elçilərin sonuncusu Muhəmmədə (Allahın salavatı və salamı onun üzərinə olsun), habelə, Axirət gününə iman gətirməkdir. Biz bilməliyik ki, dünya həyatından sonra həyat olmasaydı, həyat və həyatda yaşamaq mənasız olardı. Habelə, qəzavü-qədərə iman gətiməyə də dəvət edir.
22. Peyğəmbərlər, Allahın onlara salamı olsun, Allahın dinini təbliğ etmək xüsusunda, habelə, ağıla müxalif olan və ya gözəl əxlaqa aid olmayan işlərdə məsumdurlar. Peyğəmbərlərə, Allahın onlara salamı olsun, Allahın əmrlərini Onun qullarına təbliğ etmək tapşırılmışdır. Rububiyyətdən, və uluhiyyətdən onlara məxsus olan heç bir şey yoxdur. Əksinə, onlar digər insanlar kimi insandırlar. Uca Allah onlara Öz risalələrini nazil etmişdir.
23. İslam dini (insanları və cinləri) ibadətlərin böyük əsasları ilə yalnız Allaha ibadət etməyə dəvət edir. Bunlar: (birincisi) namazdır; qiyamdan, rükudan, səcdədən, Allahı zikr etmək, Ona təriflər söyləmək və Ona dua etməkdən ibarət olan ibadətdir ki, adam onu gündəlik olaraq beş vaxtda qılmalıdır. Bu ibadət əsnasında, insanlar bir cərgəyə düzüldükdə, varlı ilə kasıb, habelə rəislə onun tabeçiliyində olan kimsələr arasında fərq qalmır. (İkincisi) zəkatdır; bu, Allahın təyin etdiyi miqdara və şərtlərə uyğun olan, ildə bir dəfə varlılardan götürülüb kasıblara və başqa ehtiyaclılara verilməsi vacib olan az miqdarda maldır. (Üçüncüsü) orucdur; bu, ramazan ayının gündüzlərini orucu pozan amillərdən uzaq durmaqdır ki, insan bunun sayəsində nəfsini tərbiyə edir və səbir olmağı öyrənir. (Dördüncüsü) həcdir; bu da, imkanı olan kimsənin, ömründə bir dəfə Məkkeyi-Mükərrəmədə yerləşən Kəbəni ziiyarət etməsidir. Bu həcc ziyarətində insanların hamısı eyni görünüşdə Pak və Müqəddəs Xaliqə üz tutur və beləliklə, onların arasındakı fərq aradan qalxır.
24. İslam dinindəki ibadətlərin məziyyətini göstərən ən əzəmətli amil budur ki, onların necə yerinə yetirilməsini, vaxtlarını və şərtlərini Pak, Müqəddəs və Uca Allah qanunlaşdırmış və Onun Peyğəmbəri (Allahın salavatı və salamı onun üzərinə olsun) də onu təbliğ etmişdir. Və bu günə qədər heç bir insan bu ibadətlərə nə isə artırmaq, yaxud onlardan nə isə əskiltmək üçün onlara müdaxilə edə bilməmişdir. Peyğəmbərlərin (Allahın onlara salamı olsun) hamısı (insanları) bu əzəmətli ibadətləri yerinə yetirməyə dəvət etmişlər.
25. İslam Elçisi - İbrahimin oğlu İsmailin (ِAllahın onlara salamı olsun) nəslindən olan Muhəmmməd ibn Abdullahdır (Allahın salavatı və salamı onun üzərinə olsun). Miladi tarixlə 571-ci ildə Məkkədə dünyaya gəlmiş, orada ona Peyğəmbərlik verilmiş, sonra Mədinəyə hicrət etmişdir. O, Allah şərik qoşmaq məsləsində öz qövmünə qoşulmamış, lakin onların adətlə bağlı təqdirəlayiq işlərində iştirak etmişdir. Ona Peyğəmbərlik verilməmişdən əvvəl də böyük əxlaq sahibi idi, hətta qövmü onu "əmin/etibarlı" adlandırırdı. Qırx yaşına çatdıqda, Allah onu Peyğəmbər göndərmiş, Allah ona əzəmətli ayələr (möcüzələr) bəxş etməklə ona dəstək vermişdir. Bu möcüzələrin ən əzəmətli isə Qurani Kərimdir. Quran, peyğəmbərlərin (Allahın salavatı və salamı onun üzərinə olsun) möcüzələrinin ən əzəmətlisidir. O, peyğəmbərlərin (Allahın salavatı və salamı onun üzərinə olsun) möcüzələrindən bu günə qədər qalmış (yeganə) möcüzədir. Allah bu dini kamilləşdirdikdən və Rəsulullah (Allahın salavatı və salamı onun üzərinə olsun) da onu tam şəkildə təbliğ etdikdən sonra altmış üç yaşında vəfat etmiş və Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) şəhərində dəfn edilmişdir. Muhəmməd Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) peyğəmbərlərin və elçilərin (Allahın salavatı və salamı onların üzərinə olsun) sonuncusudur. Allah onu doğru yol göstəricisi və haqq din ilə göndərmişdir ki, insanları bütpərəstlik zülmətlərindən, küfrdən və cəhalətdən, tövhid və iman nuruna çıxartsın. Allah şahidlik etmişdir ki, onu, Öz izni ilə (insanları) Allaha dəvət etmək üçün Peyğəmbər göndərmişdir.
26. Muhəmməd Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) gətirdiyi İslam şəriəti, ilahi risalələrin və rəbbani şəriətlərin sonuncusudur. Bu, kamil şəriətdir. Bu şəriətdə insanların dinini və dünyasını islah edən amillər vardır. Bu şəriət, insanların dinlərini, canlarını, mallarını, ağıllarını və nəsillərini yüksək dərəcədə qoruyur. Əvvəlki şəritələr bir-birni nəsx (ləğv) etdiyi kimi, bu şəriət də, əvvəlki şəriətlərin hamısını nəsx etmişdir.
27. Pak, Müqəddəs və Uca Allah, Muhəmməd Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) gətirdiyi İslamdan başqa bir din qəbul etmir. Kim İslamdan başqa bir din qəbul edərsə, o din ondan əsla qəbul olunmaz.
28. Qurani Kərim Allahın Muhəmməd Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) nazil etdiyi vəhydir. Bu, aləmlərin Rəbbinin kəlamıdır. Allah insanları və cinləri bu kitabın bənzərini və ya bir surəsinə bənzər bir surə gətirmək xüsusunda hədələmiş və bu günədək də hədələməkdədir. Qurani Kərim milyonlarla insanı heyrətə gətirən mühim suallara cavab verir. Əzəmətli Quran nazil olduğu ərəb dilində bu günədək qorunub saxlanılmış, ondan heç bir hərif əskilməmişdir. Bu kitab (çox sayda) çap edilmiş və paylanılmışdır. Bu, əzəmətli ecazkar kitabı və ya onun mənaca tərcüməsini oxumaq təqdirəlayiqdir. Eləcə də, Mühəmməd Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) sünnəsi, onun öyrətdikləri və onun həyat yolu, etibarlı ravilər tərəfindən silsilə ilə nəql edilərək qorunub saxlanılmışdır. Bütün bunlar Rəsulullahın (Allahın salavatı və salamı onun üzərinə olsun) danışdığı ərəb dilində çap edilmiş və çoxlu dillərə tərcümə edilmişdir. Quran və sünnə, İslam əhkamlarını və şəriət qanunlarını öyrənmək üçün yeganə mənbədir. İslam dinini, özünü bu dinə nisbət edən fərdi şəxlərin rəyləindən götürmək olmaz. İslam dinini ilahi vəhydən - əzəmətli Qurandan və Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) sünnəsindən(və bu ikisini bizə izah edən şəriət alimlərindən) öyrənmək gərəkdir.
29. İslam dini övladlara öz valideynlərinin, - hətta onlar müsəlman olmasalar belə, qayğısına qalmağı əmr edir və bunu onlara tövsiyə edir.
İslam dini hər kəslə, hətta düşmənlə belə, sözdə və əməldə ədalətli olmağı əmr edir.
31. İslam dini məxluqatın hamısına yaxşılıq etməyi əmr edir və insanları gözəl əxlaq sahibi olmağa və yaxşı işlər görməyə dəvət edir.
32. İslam dini (bəşəriyyətə), doğru danışmaq, əmanəti yiyəsinə qaytarmaq, iffəti qorumaq, həyalı olmaq, şücaətkarlıq göstərmək, var-dövlətdən yaxşı işlərə sərf etmək, səxavətli olmaq, ehtiyac və sıxıntıda olan kimsələrə yardım etmək, acların qarnını doyurmaq, qonşu ilə yaxşı rəftar etmək, qohumlarla əlaqə saxlamaq və heyvanlarla mülayim rəftar etmək kimi tərifəlayiq əxlaqı əmr edir.
33. İslam dini təmiz yemək-içməkləri halal etmişdir. Həmçinin, qəlbi, bədəni və mənzili təmiz saxlamağı əmr etmişdir. Elə buna görə də, nikaha girməyi halal buyurmuşdur. (Uca Allah) Öz Peyğəmbərlərinə (Allahın salavatı və salamı onların üzərinə olsun) bunu əmr etmişdir. Onlara təmiz olan hər bir şey əmr edilmişdir.
34. İslam dini, Allaha şərik qoşmaq, küfr etmək, bütlərə ibadət etmək, elmsiz olaraq Allah haqqında söz söyləmək, övladı öldürmək, haqsız yerə adam öldürmək, yer üzündə fəsad törətmək, sehr etmək, zahirdə və batində murdar işlər görmək, zina etmək, Lut qövmünün etdiyini etmək (burada eynicinsli əlaqələr qəsd edilir) kimi böyük günahları haram buyurmuşdur. Həmçinin, faizi (almağı, verməyi, şahid olmağı və yazmağı), habelə, ölü əti, bütlər üçün kəsilmiş əti və donuz ətini yeməyi, eləcə də, murdar və çirkin şeyləri haram etmişdir. Həmçinin, yetimin malını yeməyi, çəkidə və ölçüdə aldatmağı və qohumlarla əlaqəni kəsməyi haram buyurmuşdur. peyğəmbərlərin (Allahın onlara salamı olsun) hamısı bu əməllərin haram sayılmasını yekdilliklə qəbul etmişlər.
35. İslam dini, yalan danışmaq, kələk gəlmək, əmanətə xyanət etmək, xəyanət etmək, aldatmaq, hiylə qurmaq, oğurluq etmək, təcavüz etmək, zülm etmək kimi pis əxlaqi cəhətləri və ümumiyyətlə hər bir çirkin əxlaqı qadağan edir.
36. İslam dini pul vasitəsilə görülən əmliyyatları - faizi, yaxud (birisinə) zərər vurmağı, yaxud süni şəkildə malın qiymətini qaldırmağı, yaxud zülm etməyi, yaxud kəf gəlməyi, yaxud cəmiyyətə, xalqa və fərdlərə ümumi şəkildə zərər vurmağı və onları ziyana uğratmağı qadağan etmişdir.
37. İslam dini ağılı qorumağı əmr etmiş və şərab içmək kimi onu korlayan hər bir şeyi haram buyurmuşdur. Ağılın dərəcəsini yüksəltmiş, onu mükəlləfliyin (dini öhdəliyin) əsası və səbəbi etmiş, üstəlik, onu xurafatın və bütpərəstliyin zəncirlərindən azad etmişdir. İslam dinində müəyyən bir təbəqəyə məxsus olan nə bir sirr, nə də əhkamlar vardır. İslam əhkamlarının və qanunlarının hamısı doğru-düzgün dərk edən ağıla müvafiqdir. Bu da, ədalət və hikməti əks etdirir.
38. Əgər batil dinlərə tabe olan kimsələr, bu dinlərdə olan ziddiyyətləri və ağılın qəbul etmədiyi məsələləri araşdırıb öyrənməsələr, o dinləri təbliğ edən kimsələr, öz tabeçiliklərində olanlara, dinin ağıldan daha yüksəkdə durduğunu və ağılın heç bir vəchlə dini məsələləri dərk edə bilmədiyini deyəcəklər. Halbuki İslam, dinin ağılın yolunu işıqlandıran bir nur olduğunu bildirir. Batil dinlərə qulluq edənlər istəyirlər ki, insan öz ağlını işlətməyib onlara tabe olsun. İslam dini isə, insandan ağlını işlətməyi tələb edir ki, həqiqətləri olduğu kimi dərk edə bilsin.
39. İslam dini səhih elmi Uca tutur və nəfsi istəklərdən uzaq olan elmi araşdırmalarla məşğul olmağa təşviq edir. Habelə, həm özümüzə, həm də ətrafımızda olanlara nəzər salmağa və bu haqda düşünməyə dəvət edir. Səhih elmi araşdırmaların nəticələri, İslama zidd ola bilməz.
40. Allah, yalnız Ona iman gətirən, Ona itaət edən və peyğəmbərlərinin (Allahın salavatı və salamı onların üzərinə olsun) dediklərini təsdiqləyən kimsənin əməllərini qəbul edər və ona bu əməllərinin mükafatını verər. Allah yalnız Öz şəriətinə müvafiq olan ibadətləri qəbul edir. Necə ola bilər ki, insan Allaha küfr etsin, sonra da buna görə Ondan mükafat gözləsin?! Allah, insanlardan, peyğəmbərlərin (Allahın salavatı və salamı onların üzərinə olsun) hamısına iman gətirməyən, habelə, Muhəmmədin Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) olduğuna iman gətirməyən heç bir kimsənin iman gətirməsini qəbul etmir.
41. İlahi risalələrin hamısının hədəfi budur ki, insanı Ucaltsın və beləliklə də o, aləmlərin Rəbbi olan Allahın ixlaslı bəndəsi olsun; habelə, onu insana, yaxud maddiyyata, yaxud da xurafata tapınmaqdan xilas etsin. Görüdüyünüz kimi, İslam dini şəxsiyyətləri müqəddəs tutmur, onlara öz dəyərlərindən artıq dəyər vermir və onları ilahiləşdirmir.
42. Allah İslam dinində tövbə etməyi buyurmuşdur. Bu, insanın Öz Rəbbinə üz tutub bağışlanma diləməsi və günahları tərk etməsidir. İslam dini əvvəlki günahların hamısını silir, tövbə etdikdə bütün əvvəlki günahlar silinib gedir. Və insanlar qarşısna çıxıb xətaları etiraf etməyə gərək yoxdur.(yalnız qul haqları istisna, əgər günah qul haqları ilə əlaqəlidirsə və ya insanlara xətalı məlumatlar çatdırıbsa, doğrununu bəyan edib halallıq alması lazımdır)
43. İslam dinində insanla Allah arasında birbaşa əlaqə qurulur və kimsənin də, səninlə Allah arasında vasitəçi olmasına ehtiyac qalmır. İslam dini bizə, bəşəriyyətdən kimsəni ilah qəbul etməyi, yaxud onları rübubiyyətdə və ya uluhiyyətdə Allaha şərik qoşmağı qadağan edir.
44. Bu kitabın axırında qeyd etmək istəyirik ki, insanlar müxtəlif zamanlarda, müxtəlif qövmlərdə və müxtəlif ölkələrdə yaşadıqlarına görə, hətta insanlar toplumlarının hamısının fikirləri və məqsədləri müxtəlif olduğuna, ətraf mühitin və əməllərin fərqli olduğuna görə, onları doğru yola yönəldəcək öndərin, onları birləşdirəcək qanunların və onlara himayədarlıq edəcək rəhbərin olması zəruridir. Möhtərəm Elçilər (Allahın salavatı və salamı onların üzərinə olsun) Pak və Müqəddəs Allah nazil etdiyi vəhyə tabe olaraq insanları xeyrə və doğru yola yönəldər, onları Allahın qanunları üzərində cəm edər və onların arasında haqq ilə (Allahın kitabı ilə) hökm verərdilər. Beləcə, onlar o elçilərin buyuruqlarını yerinə yetirdikləri və ilahi risalələrin nazil olduğu dövrlərə yaxın olduqları müddətcə, işləri yoluna qoyulardı. Allah o risalələrin hamısını, Muhəmməd Peyğəmbəri (Allahın salavatı və salamı onun üzərinə olsun) göndərməklə sona çatdırdı, bu risalənin (Qiyamətədək) qalacağına qərar verdi və onu, insanları doğru yola yönəldən rəhbər, rəhmət, nur və Allahın hüzuruna aparıb çıxardan yol göstəricisi etdi.
45. Elə buna görə də, ey insan, səni, səmimi-qəlblə, (şəriətə muxalif olan) təqlid və adətlərdən uzaq duraraq Allaha ibadət və itaət etməyə dəvət edirəm. Bil ki, sən öldükdən sonra Rəbbinin hüzuruna qayıdacaqsan. Elə isə bir özünə, bir də ətraf aləmə bax və İslamı qəbul et ki, həm bu dünyada həm də axirətdə xoşbəxt olasan. Və əgər İslam dinini qəbul etmək istəsən, sənə sadəcə Allahdan başqa ibadətə layiq məbudun olmadığına və Muhəmmədin (Allahın salavatı və salamı onun üzərinə olsun) Onun rəsulu olduğuna şəhadət gətirməyin, Allahdan başqa ibadət edilən hər bir ilahdan uzaq olmağın yetər. Habelə, iman gətirməlisən ki, Allah qəbirlərdə olanları dirildəcək. Həmçinin, iman gətirməlisən ki, haqq-hesaba çəkilmək və əməllərin əvəzini (mükafatını və cəzasını) almaq haqdır. Və əgər bu şəhadəti gətirsən, müsəlman olarsan. Bundan sonra sən Allaha, Onun buyurduğu şəkildə ibadət etməli - namaz qılmalı, zəkat verməli, oruc tutmalı və imkan daxilində həcc ziyarətini yerinə yetirməlisən.
1441-11-19 tarixli nüsxə
Kitabı yazıb: Prof. Dr. Muhəmməd ibn Abdullah əs-Suheym.
İslam tətqiqatları kafedrasında, sabiq əqidə müəllimi.
Kral Səud Universiteti, Pedaqoji Fakültə
Ər-Riyad, Səudiyyə Ərəbistan Krallığı
Related books
All books
Qurani Kərimdə və Peyğəmbərin (Allahın salavatı və salamı onların üzərinə olsun) sünnəsində zikr edildiyi kimi, İslam haqqında yığcam kitabça.71 dilQurani Kərimdə və Peyğəmbərin (Allahın salavatı və salamı onların üzərinə olsun) sünnəsində zikr edildiyi kimi, İslam haqqında yığcam kitabça.
İslam Bu mühüm kitab İslam haqqında yığcam məlumatları ehtiva edir; İslamın ən mühüm əsaslarını, təlimlərini və özəlliklərini onun əsas mənbələri olan Qurani Kərim və Peyğəmbərin (Allahın salavatı və salamı onların üzərinə olsun) sünnəsinə istinad edərək bəyan edir. Kitab müsəlman və qeyri müsəlman olmasından, məkan və zamanından, hal və vəziyyətindən asılı olmayaraq öz dillərində olmaqla bütün mükəlləf insanlar üçün nəzərdə tutulmuşdur. Qurani Kərimdən və Peyğəmbərin (Allahın salavatı və salamı onların üzərinə olsun) sünnəsindən dəlilləri ehtiva edən nüsxə. 1. İslam: Allahın bütün insanlara…
Ateistə qısa bir məqalə61 dilAteistə qısa bir məqalə
“Ateistə qısa bir məqalə” adlı bu risalə, ağıla səslənərək kainatın heyranedici dəqiqliyinin və mükəmməl nizamının təsadüf nəticəsində meydana gələ bilməyəcəyini və Hikmətli Yaradanın varlığına dəlalət etdiyini izah edir. Belə incə ölçü və hesabla qurulmuş bir aləmin yoxluqdan öz-özünə yaranması mümkündürmü? Düşün! Belə mükəmməl və ahəngdar şəkildə qurulmuş bir kainat hansı ağlın məhsulu ola bilər? Qəlbini düşüncəyə və təfəkkürə aç, həqiqətin izinə düş. Ola bilsin, bu yolun sonunda səni işığa aparacaq bir həqiqət taparsan.
نبذة في العقيدة الإسلامية (شرح أصول الإيمان)75 dilنبذةنبذة في العقيدة الإسلامية (شرح أصول الإيمان)
رسالة لطيفة تتناول أصول العقيدة الإسلامية بأسلوب مبسط وميسر. تبدأ بمقدمة حول أهمية علم التوحيد، كونه أشرف العلوم وأجلّها، ثم تتناول مفهوم الدين الإسلامي وأركانه الخمسة: الشهادتان، والصلاة، والزكاة، والصوم، والحج. كما يشرح الإيمان بالله، وملائكته، وكتبه، ورسله، واليوم الآخر، ويؤكد على أهمية التوحيد في بناء دين المسلم بشكل سليم. الكتاب يهدف إلى تعزيز الفهم الصحيح للعقيدة الإسلامية وتطبيقها في حياة المسلم اليومية.
Böyük günahlar lüğəti13 dilBöyük günahlar lüğəti
Bu kitabda İslamın ən mühüm böyük günahları olan Allaha şirk qoşmaq, Allaha və onun rəsuluna qarşı yalan danışmaq, bidət, riya, namazı tərk etmək, zina və oğurluq kimi əməllər ətraflı şəkildə şərh edilir. Həmçinin kitabda Quran və Sünnədən dəlillər gətirilərək bu böyük günahların dünyadakı və axirətdəki zərərləri izah edilir. Eləcə də tövbə, təqva və saleh əməllər vasitəsilə bu günahlardan qorunma və xilas olma yollarına toxunulur.