Skip to content

Həya imandandır

Abdullah bin Amr (Allah onların hər ikisindən razı olsun) dedi:

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bir nəfərin din qardaşına, artıq dərəcədə həyalı olduğu üçün bu xislətini tərk etməyi nəsihət etdiyini eşidir və deyir: "Həya imandandır".

سَمِعَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَجُلًا يَعِظُ أَخَاهُ فِي الْحَيَاءِ، فَقَالَ: «الْحَيَاءُ مِنَ الْإِيمَانِ».

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Səhih
Şərh (izah)

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) qardaşına çox həya etməsini tərk etməyi tövsiyə edən adamın sözlərini eşidir və ona bildirir ki, həya imandandır və yalnız xeyir gətirər. Həya gözəl əməl etməyə və çirkin əməli tərk etməyə sövq edən əxlaqdır.

Kəlmələrin mənası

...:

Hədisin faydalarından

Səni xeyirdən çəkindirən şey həya adlanmaz, bu, xəcalət, acizlik, zəiflik, qorxaqlıq adlanar.

İzzət və Cəlal sahibi olan Allahdan həya etmək, Onun əmrlərini yerinə yetirməklə və qadağalarından çəkinməklə gerçəkləşir.

Yaradılmışlardan həya etmək, onlara ehtiram etməklə, onlara layiq olduqları dəyəri verməklə və ümumiyyətlə çirkin olaraq qəbul edilən əməllərdən uzaq durmaqla gerçəkləşir.

Mənbələr

Sahihul-Buxari (1/ 14) (24).

Sahihu Muslim (1/ 63) (36).

Əlavə (8)

توضيح الأحكام من بلوغ المرام.

للبسام (7/ 489).

منحة العلام في شرح بلوغ المرام.

لعبد الله الفوزان (10/ 330).

فتح ذي الجلال والإكرام.

لابن عثيمين (6/ 427).

سبل السلام بشرح بلوغ المرام.

للصنعاني (2/ 689).