"Biz (heyzdən) təmizləndikdən sonra gördüyümüz bulanıqlığı və sarılığı bir şey (heyzdən) hesab etməzdik."
Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) beyət edən Ummu Atiyyədən (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir:
"Biz (heyzdən) təmizləndikdən sonra gördüyümüz bulanıqlığı və sarılığı bir şey (heyzdən) hesab etməzdik."
كُنَّا لا نَعُدّ الكُدرَةَ والصُّفْرَةَ بعدَ الطُّهرِ شيئًا.
Səhabə Ummu Attiyyə (Allah ondan razı olsun) xəbər vermişdir ki, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) zamanında qadınlar heyzdən təmizləndikdən sonra cinsiyyət üzvündən çıxan və rəngi qaraya və ya sarıya çalan suyu heyzdən saymazdılar və buna görə namazı və orucu tərk etməzdilər.
الْكُدْرَةُ: هو الماء الذي تراه المرأة كالماء الوسخ الكدر.
الصُّفْرَةَ: هو الماء الذي تراه المرأة كالصديد يعلوه اصفرار.
Heyzdən təmizləndikdən sonra qadının cinsiyyət oqranından çıxan suda, qandan qaynaqlanan bulanıqlıq və sarılıq olsa da belə, o su heyz sayılmır.
Heyz zamanı gələn bulanıq və sarı axıntı heyz sayılır. Çünki o su ilə qarışmış olsa da belə, öz vaxtında gələn qandır.
Qadın heyzdən təmizləndikdən sonra yaranan bulanıqlığa və sarılığa görə namazı və orucu tərk etməməlidir, əksinə, dəstəmaz alıb namaz qılmalıdır.
Sahihul-Buxari (1/ 72) (326).
Sünən Əbi Davud (1/ 226) (307).
Əlavə (4)
توضيح الأحكام.
للبسام (1/ 450).
سُبل السلام.
للصنعاني (1/ 153).