Quranı aşkardan oxuyan aşkardan sədəqə verən kimidir, Quranı gizli oxuyan isə gizli sədəqə verən kimidir.
Uqbə bin Amir Əl Cuhənidən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:
Quranı aşkardan oxuyan aşkardan sədəqə verən kimidir, Quranı gizli oxuyan isə gizli sədəqə verən kimidir.
«الجاهِرُ بالقرآن كالجاهِرِ بالصَّدَقَةِ، والمُسِرُّ بالقرآن كالمُسِرِّ بالصَّدَقَة».
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan edir ki, Quranı aşkarda oxuyan, sədəqəni aşkar halda verən kimidir, Quranı gizli şəkildə oxuyan isə sədəqəni gizli şəkildə verən kimidir.
...:
Sədəqəni gizli vermək daha üstün olduğu kimi, Quranı da gizli və tək oxumaq daha üstündür, çünki bu halda həmin əməllər ixlasla olub, riya və nəfslə öyünməkdən uzaq olur. Lakin, Quranı aşkar və səslə oxumaq təlim məqsədi daşıyırsa, bu zaman o istisna hal ola bilər.
Sünən Əbi Davud (2/ 494) (1333).
Sünən Ət-Tirmizi (5/ 40) (2919).
Sünən Ən-Nəsai (5/ 80) (2561).
Əlavə (4)
الكاشف عن حقائق السُّنن (5/1688).
شرح أبي داود للعيني (5/238).
تحفة الأحوذي (8/ 191).
التنوير في شرح الجامع الصغير (5/286).