"Cümə günü imam xütbə oxuyarkən yanındakı yoldaşına "Sus!" dersən, artıq lağlağa etmiş (cümənin savabını itirmiş) olursan".
Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur:
"Cümə günü imam xütbə oxuyarkən yanındakı yoldaşına "Sus!" dersən, artıq lağlağa etmiş (cümənin savabını itirmiş) olursan".
«إذا قُلْتَ لِصَاحِبِكَ: أَنْصِتْ، يومَ الجمعةِ، والْإِمامُ يَخْطُبُ، فَقَدْ لَغَوْتَ».
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) cümə xütbəsində iştirak edən kimsənin, imamın xütbədə söylədiyi nəsihəti tədəbbür etmək üçün ona sakitcə qulaq asması cümə xütbəsinin vacib olan ədəblərindən biri olduğunu həmçinin bir şəxsin imam xütbə verərkən yanında əlyəşən qardaşına: "sus" və ya "qula as" hətta bundan az olan bir kəlmə söyləyərsə bilə, cümə namazının fəzilətini itirdiyini bəyan etmişdir.
أَنْصِتْ: اسكت عن الكلام.
لَغَوْتَ: لغا أتى بقول ساقط، ليس فيه فائدة.
Xütbəyə qulaq asarkən: danışmaq, hətta münkər bir şeyi inkar etmək, salam verənin salamını almaq, asqıran kimsəyə: "Yarhəmukə Allah" demək olsa belə haramdır.
Xütbə əsnasında imamı danışdıran və ya imamın özü danışdırdığı kimsə bu haramlıqdan istisna edilir.
Ehtiyac anında iki xütbə arasında (imamın minbərdə əyləşdiyi vaxt) danışmaq icazəlidir.
İmam xütbə verərkən Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) adı zikir edilərsə, xütbəni dinliyən sakitcə salat və salam gətirər və imamın etdiyi dualarına da amin deyər.
Sahihul-Buxari (2/ 13) (934).
Sahihu Muslim (2/ 583) (851).
Əlavə (10)
تيسير العلام شرح عمدة الأحكام.
للبسام (ص244).
تنبيه الأفهام.
للعثيمين (2/ 307).
الإلمام بشرح عمدة الأحكام.
لإسماعيل الأنصاري (1/ 195).
فتح الباري.
لابن حجر (2/ 409).
تاج العروس من جواهر القاموس.
لمحمّد الحسيني الزَّبيدي (39/ 463).