Skip to content

"Həqiqətən izzət və cəlal sahibi olan Allah sizi atalarınızın adına and içməyi qadağan edir

Ömər bin Əl-Xəttabdan (Allah ondan razı olsun) Allahın Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir:

"Həqiqətən izzət və cəlal sahibi olan Allah sizi atalarınızın adına and içməyi qadağan edir", Ömər dedi: Vallahi, Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) bu qadağanı eşitdikdən bəri nə öz sözüm olaraq, nə də nəql olaraq bu cür and içmədim.

«إِنَّ اللهَ عَزَّ وَجَلَّ يَنْهَاكُمْ أَنْ تَحْلِفُوا بِآبَائِكُمْ»، قَالَ عُمَرُ: فَوَاللهِ مَا حَلَفْتُ بِهَا مُنْذُ سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَهَى عَنْهَا ذَاكِرًا وَلَا آثِرًا.

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Səhih
Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bizə xəbər vermişdir ki, uca Allah ataların adına and içməyi qadağan edir, ona görə də kim and içmək istəyirsə, ancaq Allaha and içsin, Ondan qeyrisinə and içməsin. Sonra Ömər bin Əl-Xəttab (Allah ondan razı olsun) Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) bu qadağanı eşitdiyi andan nə qəsdən, nə də başqasından nəql olaraq Allahdan qeyrisinə and içmədiyini söyləmişdir.

Kəlmələrin mənası

ذاكِرًا: عامِدًا.

آثِرًا: حاكِيًا عن غَيْرِي أنَّه حَلَفَ بها.

Hədisin faydalarından

Allahdan qeyrisinə and içmək haramdır. Burada ataların adına and içmək adəti xüsusi qeyd olunur, çünki bu növ andiçmə cahiliyyə dövrünün adətlərindəndir.

And içmə: Hər hansı bir məsələnin yəqinliyi və təsdiqi üçün Allaha, Onun adlarına, sifətlərinə and içmək.

Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) əmrinə dərhal tabe olması, gözəl anlayışı və qadağadan çəkinməsi Ömərin (Allah ondan razı olsun) fəzilətinin göstəricisidir.

Mənbələr

Sahihul-Buxari (8/ 132) (6647).

Sahihu Muslim (3/ 1266) (1646).

Əlavə (4)

تيسير العلام شرح عمدة الأحكام.

للبسام (ص684).

الإلمام بشرح عمدة الأحكام.

لإسماعيل الأنصاري (2/ 134).