Skip to content

السؤال

س٢٠: ما أنواع الكِبْرُ المحرم؟

Sual 20: Haram olan təkəbbürlüyün növləri hansılardır?

الجواب

ج:١. الكِبْر على الحق، وهو رد الحق وعدم قبوله.

  1. الكِبْرُ على الناس، وهو احتقارهم والاستهانة بهم.

قال رسول الله صلى الله عليه وسلم:

«لا يَدخُلُ الجَنَّةَ مَن كان في قَلبِه مِثْقالُ ذَرَّةٍ مِن كِبْرٍ».

فقال رَجُلٌ: إنَّ الرَّجُلَ يُحِبُّ أن يَكونَ ثَوبُه حسَنًا، ونَعْلُه حسَنةً؟ قال:

«إنَّ اللهَ جَميلٌ يُحِبُّ الجَمالَ، الكِبْرُ: بَطَرُ الحَقِّ، وَغَمْطُ النَّاسِ»

رواه مسلم.

  • بَطَرُ الحَقِّ: رده
  • غَمْطُ النَّاسِ: استحقارهم.
  • الثوب الحسن والنعل الحسن ليس من الكبر.

Cavab: 1- Haqqa qarşı təkəbbürlü olmaq. Bu, haqqı inkar etmək və haqqı qəbul etməməklə olur.

  1. İnsanlara qarşı təkəbbürlü olmaq. Bu, insanlara xor, alçaq nəzərlə, saymazcasına davranmaqla olur.

Allahın Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur:

"Qəlbində misqal zərrəsi qədər kibir olan kimsə Cənnətə girməyəcəkdir".

Bu zaman bir kişi Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun): "İnsan paltarının və ayaqqabısının gözəl olmasını istəyir" dedi. Bunun cavabında Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ona belə dedi:

"Allah gözəldir, gözəlliyi sevər. Kibir, haqqı inkar etmək və insanlara xor baxmaqdır".

Bu hədisi Müslim rəvayət etmişdir.

  • Haqqı inkar etmək, yəni: haqqı qəbul etməməkdir.
  • İnsanlara xor baxmaq, yəni: İnsanlara alçaq nəzərlə, saymazcasına müamilə etməkdir.
  • İnsan paltarının və ayaqqabısının gözəl olmasını istəməsi, heç də insanın təkəbbürlü olması anlamında deyil.