Skip to content

“Siz, özünüzdən əvvəlkilərin yolunu qarış-qarış, dirsək-dirsək izləyəcəksiniz

Əbu Səid Əl-Xudridən (Allah ondan razı olsun) rəvayət edilir ki, Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi:

“Siz, özünüzdən əvvəlkilərin yolunu qarış-qarış, dirsək-dirsək izləyəcəksiniz. Hətta onlar kərtənkələ yuvasına girsələr belə, siz də onlara tabe olacaqsınız" Biz dedik: “Ey Allahın Rəsulu, Yəhudi və xaçpərəstlərin?” Dedi: “Bəs kimin?”

«لَتَتَّبِعُنَّ سَنَنَ الَّذِينَ مِنْ قَبْلِكُمْ، شِبْرًا بِشِبْرٍ، وَذِرَاعًا بِذِرَاعٍ، حَتَّى لَوْ دَخَلُوا فِي جُحْرِ ضَبٍّ لَاتَّبَعْتُمُوهُمْ» قُلْنَا: يَا رَسُولَ اللهِ آلْيَهُودَ وَالنَّصَارَى؟ قَالَ: «فَمَنْ؟».

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Səhih
Şərh (izah)

Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) öz zamanından sonra ümmətindən bəzilərinin halının necə olacağını, yəni yəhudi və xaçpərəstlərin əqidəsində, əməllərində, adət-ənənələrində tutduqları yolu çox dəqiq bir şəkildə,qarış-qarış, dirsək-dirsək izləyəcəklərini, hətta onlar kərtənkələ yuvasına girsələr belə, bunların da oların arxasınca girəcəklərini xəbər verir.

Kəlmələrin mənası

قال فمن؟: استفهامٌ إنكاريٌّ أي: فمن هم غيرُ أولئك.

Hədisin faydalarından

Bu onun peyğəmbərliyinin əlamətlərindən bir əlamətdir. Belə ki, bu şey baş verməmişdən əvvəl bunu xəbər vermiş və xəbər verdiyi kimi də baş vermişdir.

Müsəlmanların kafirlərə istər inanclarında, istər ibadətlərində, istər bayramlarında və istərsə də onlara xas geyimlərində bənzəməyinin qadağan edilməsi.

Mənəvi şeylərin maddi nümunələrlə izah edilməsi İslamda təlim (öyrətmək) metodlarından biridir.

Kərtənkələ: yuvası çox qaranlıq olan və üfunət iyisi verən heyvandır. Bu, çöllərdə çox rast gəlinən bir sürünəndir. Hədisdə məhz onun yuvasının xüsusiləşdirilməsi səbəbi: onun yuvasının dar və çirkin olmasıdır . Bununla yanaşı, onların izi ilə getdiklərinə və yollarına tabe olduqlarına görə, hətta belə çirkin dar yerə girsələr, yenə də onlara tabe olarlar! Allahdan yardım istəyirik.

Mənbələr

Sahihul-Buxari (9/ 103) (7320).

Sahihu Muslim (4/ 2054) (2669).

Əlavə (4)

الجديد في شرح كتاب التوحيد.

لمحمد القرعاوي (ص213).

الملخص في شرح كتاب التوحيد.

لصالح الفوزان (ص193).