Skip to content

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) öz otağında, pərdə arxasında olan bakirə qızdan daha həyalı idi, sevmədiyi bir şey gördüyündə, biz bunu onun üzündən anlayardıq.

Əbu Səid Əl-Xudridən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir:

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) öz otağında, pərdə arxasında olan bakirə qızdan daha həyalı idi, sevmədiyi bir şey gördüyündə, biz bunu onun üzündən anlayardıq.

كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَشَدَّ حَيَاءً مِنَ العَذْرَاءِ فِي خِدْرِهَا، فَإِذَا رَأَى شَيْئًا يَكْرَهُهُ عَرَفْنَاهُ فِي وَجْهِهِ.

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Səhih
Şərh (izah)

Əbu Səid Əl-Xudri (Allah ondan razı olsun) xəbər verir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) evlənməmiş və kişilərə qarışmamış, evində gizlənən bakirə qızdan daha utancaq idi və şiddətli həyasına görə, əgər bir şeyi xoşlamadıqda, üzü dəyişər və danışmazdı, lakin, onun sahabələri bu şeyi sevmədiyini onun üzündən anlayardılar.

Kəlmələrin mənası

العَذْرَاء: البكر، وهي الأنثى التي لم يمسها رجل، سميت به لبقاء عذرتها، وهي ما يكون من التحام في فم الرحم.

الخِدْر: ناحية في البيت يترك عليها ستر.

Hədisin faydalarından

Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) həyalı olmasının bəyanı. Məhz bu böyük əxlaqdır.

Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) həyası, Allahın qadağaları pozulmadığı müddətcə idi. Lakin onlar pozulardısa, o (Allahın salavatı və salamı onun üzərinə olsun) qəzəblənər, səhabələrinə əmr və qadağalar edərdi.

Həyalı olmağa təşviq; çünki o insanı gözəl əməl işləməyə və çirkinlikləri tərk etməyə sövq edir.

Mənbələr

Sahihul-Buxari (8/ 26) (6102).

Sahihu Muslim (4/ 1809) (2320).

Əlavə (6)

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (2/ 11).

شرح رياض الصالحين.

لابن عثيمين (4/ 32).

نزهة المتقين شرح رياض الصالحين.

لمجموعة من الباحثين (1/ 562).