"Bu Quranı daima oxuyun! Canım əlində olan Allaha and olsun ki, o (sahibini) kəndirdən açılıb qaçan dəvədən daha tez tərk edir".
Əbu Musa Əl-Əşaridən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir:
"Bu Quranı daima oxuyun! Canım əlində olan Allaha and olsun ki, o (sahibini) kəndirdən açılıb qaçan dəvədən daha tez tərk edir".
«تَعَاهَدُوا هَذَا الْقُرْآنَ، فَوَالَّذِي نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ لَهُوَ أَشَدُّ تَفَلُّتًا مِنَ الْإِبِلِ فِي عُقُلِهَا».
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) sinələrdə əzbərlənən Quranı unutmamaq üçün ona bağlı qalmağı və onu mütəmadi olaraq oxumağı əmr etmişdir. O (Allahın salavatı və salamı onun üzərinə olsun) and içərək təkid edir ki, Quranın sinələrdən itməsi və getməsi, ayağının ortasından iplə bağlanmış dəvənin ipdən qurtulub qaçmasından daha asandır. Əgər insan Quranı oxumağa davam edərsə, onu saxlayar, əgər oxumağı buraxarsa, əzbərlədiyi gedər və itər.
Əgər Quran əzbərləyən onu mütəmadi oxuyarsa, yaddaşına həkk olar, əks halda əzbərlədikləri onun yaddaşından itər və onları unudar.
Quranı davamlı oxumağın faydalarından: mükafat və savab, və Qiyamət günü oxuyanın dərəcəsinin ucalığı.
Sahihu Muslim (1/ 545) (791).
Əlavə (7)
بهجة الناظرين شرح رياض الصالحين.
تأليف سليم الهلالي (2/ 231).
رياض الصالحين من كلام سيد المرسلين (ص299) (1002).
شرح رياض الصالحين.
للشيخ محمد بن صالح العثيمين (4/ 657).
كنوز رياض الصالحين.
لمجموعة من الباحثين (13/ 5).