"Yandırdığınız alov, cəhənnəm alovunun yetmiş qatından bir qatıdır
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:
"Yandırdığınız alov, cəhənnəm alovunun yetmiş qatından bir qatıdır. Deyildi ki: "Ey Allahın Rəsulu, hətta bu alov belə (zalımları cəzalandırmağa) yetərli idi". Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: "Cəhənnəm alovu dünya alovundan altmış doqquz qat üstün edildi. Hər bir qatın istiliyi, dünya alovunun istiliyi qədərdir".
«نَارُكُمْ جُزْءٌ مِنْ سَبْعِينَ جُزْءًا مِنْ نَارِ جَهَنَّمَ»، قِيلَ: يَا رَسُولَ اللَّهِ، إِنْ كَانَتْ لَكَافِيَةً. قَالَ: «فُضِّلَتْ عَلَيْهِنَّ بِتِسْعَةٍ وَسِتِّينَ جُزْءًا كُلُّهُنَّ مِثْلُ حَرِّهَا».
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) dünya alovunun, cəhənnəm odundan yetmişdə bir qatı qədər olduğunu bəyan etmişdir. Axirət alovu dünya alovundan altmış doqquz qat istidir. Hər bir qatın istiliyi dünya alovunun istiliyinə bərabərdir. Deyilir: Ey Allahın Rəsulu, dünya alovu ora daxil olanların əzab edilməsi üçün kifayət idi. Və Allah rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun): Cəhənnəm odu dünya alovundan altmış doqquz qat üstün edildi. Hər bir qatın istiliyi, dünya alovunun istiliyi qədərdir - cavabı gəldi.
...:
Cəhənəmmə aparacaq əməllərdən uzaq durmaları üçün insanların cəhənnəmdən çəkindirilmələri.
Cəhənnəm odunun və əzabının əzəməti və istiliyinin şiddəti.
Sahihul-Buxari (4/ 121) (3265).
Sahihu Muslim (4/ 2184) (2843).
Əlavə (4)
المفهم (7/178).
التوضيح (19/177).
عمدة القاري شرح صحيح البخاري (15/ 165).
فتح الباري لابن حجر (6/ 334).