Skip to content

Allah Qiyamət günü yeri ovucuna alar, göyləri isə sağ əlində bükər, sonra deyər: "Mənəm hökmdar, yer üzünün hökmdarları haradadır?".

Əbu Hureyra (Allah ondan razı olsun) demişdir: Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: ​

Allah Qiyamət günü yeri ovucuna alar, göyləri isə sağ əlində bükər, sonra deyər: "Mənəm hökmdar, yer üzünün hökmdarları haradadır?".

«يَقْبِضُ اللَّهُ الأَرْضَ، وَيَطْوِي السَّمَوَاتِ بِيَمِينِهِ، ثُمَّ يَقُولُ: أَنَا المَلِكُ، أَيْنَ مُلُوكُ الأَرْضِ».

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Səhih
Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurmuşdur ki, Qiyamət günü uca Allah yeri ovucuna alaraq toplayacaq, göyləri sağ əli ilə bükəcək, bir hissəsini digərinin üzərinə qatlayacaq və onları uzaqlaşdırıb yox edəcək, sonra deyəcək: Mənəm hökmdar, yer üzünün hökmdarları haradadır?!

Kəlmələrin mənası

...:

Hədisin faydalarından

Allahın mülkünün əbədi, digərlərin mülkünün isə fani olmasının xatırlanması.

Allahın böyüklüyü, qüdrətinin və hökmranlığının əzəməti və mülkünün kamilliyi.

Mənbələr

Sahihul-Buxari (6/ 126) (4812).

Sahihu Muslim (4/ 2148) (2787).

Əlavə (3)

فتح الباري (13/367).

عمدة القاري شرح صحيح البخاري (23/ 101).

البحر المحيط الثجاج (43/324).