Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 20

Filtrləri təmizlə
"Həqiqətən Allah qısqanır və mömin qısqanır, Allahın qısqanclığı möminin haramlara əl atmasına görədir".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Ənəs bin Məlik (Allah ondan razı olsun) bizə danışdı ki, bir kişi Peyğmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: Ey Allahın nəbisi, kafir üzü üstə necə həşr ediləcək? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Dünyada onu iki ayaq üstə gəzdirən Allah, onu Qiyamət günü üzü üstə gəzdirməyə qadir deyilmi?" Qatədə dedi: Rəbbimizin izzətinə and olsun ki, elədir.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyini eşitdim: "Uca Allah buyurdu: Ey Adəm oğlu, nə qədər ki, Mənə dua edib ümid bəsləyirsən, sənin etdiyin günahları bağışlayaram və onlara əhəmiyyət vermərəm. Ey Adəm oğlu, əgər sənin günahların göydəki buludlara çatsa, sonra Məndən bağışlanma diləsən, Mən səni bağışlayaram və onlara əhəmiyyət vermərəm, ey Adəm oğlu, əgər sən Mənə yer dolusu günahla gəlsən və Mənə heç bir şeyi şərik qoşmadan mənimlə qarşılaşsan, Mən səni yer dolusu bağışlanmayla qarşılayaram".
Həsən Ət-Tirmizi rəvayət etdi.
"Şübhəsiz ki, Allah möminin yaxşı əməlinin savabını silməklə ona zülm etməz, yaxşılığın əvəzini bu dünyada verər və axirətdə də mukafatlandırar, kafiri isə Allah xətrinə etdiyi xeyir əməllərinin dadını bu dünyada daddırar, axirətə gəldikdə isə onun mukafatlanacaq heç bir savabı qalmaz".
Səhih Muslim rəvayət etdi.
Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) rəvayət edilir ki, o, məscidə daxil olanda belə deyərdi: “ Əuzu billəhil-Azim və bivəchihil-kərim və sultanihil-qadim, minəşşeytanir-racim" Dedi: Bu qədərmi? Dedim: Bəli və dedi ki: “Əgər belə desə, şeytan deyər: “Günün qalan hissəsi məndən qorundu".
Həsən Əbu Davud rəvayət etdi.
Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Allah belə buyurdu: Kim mənim bir vəlimə (dostuma) düşmənçilik edərsə, mən ona müharibə elan edərəm. Qulum ona fərz etdiyim şeydən daha sevimli olan heç bir şeylə mənə yaxınlaşmaz, qulum mənə nafilə (sünnət) ibadətlərlə yaxınlaşmağa o qədər davam edər ki, nəhayət Mən onu sevərəm. Mən onu sevdikdə, onun eşidən qulağı, görən gözü, tutan əli və gəzən ayağı olaram, Məndən bir şey istəsə, ona verərəm, Mənə sığınsa, onu qoruyaram. Mən etdiyim heç bir şeydə mömin qulumun canını almaq kimi tərəddüt etmədim. Qulum ölümü sevmir, mən də onu incidən şeyi sevmirəm".
Səhih Əl-Buxari rəvayət etdi.
Uca Allah cənnət əhlinə deyəcək: Ey cənnət əhli? Onlar: “Əmrinə müntəzirik, ey Rəbbimiz və sənə tabeyik” deyəcəklər. Allah deyəcək: “Razı qaldınızmı? Onlar cavab verəcəklər: “Sən, yaratdıqlarından heç kimə vermədiyin şeyi bizə bəxş etdiyin halda, biz nə üçün razı olmayaq? Sonra buyuracaq: “Mən sizə bundan daha üstününü verəcəm. Onlar deyəcəklər: Ya Rəbb, bundan daha üstün nə var? Uca Allah deyəcək: Mən sizə öz razılığımı halal edirəm və bundan sonra heç vaxt sizə qəzəblənməyəcəm".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Həqiqətən Allah sizin zahirinizə, var-dövlətinizə yox, qəlblərinizə və əməllərinizə baxar".
Səhih Muslim rəvayət etdi.