Skip to content

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) namaz qılarkən (səcdədə) əllərini qoltuqaltılarının ağartısı görünənə qədər aralayardı.

Abdullah bin Məlik bin Buheynədən (Allah ondan razı olsun) rəvayət edilir:

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) namaz qılarkən (səcdədə) əllərini qoltuqaltılarının ağartısı görünənə qədər aralayardı.

أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا صَلَّى فَرَّجَ بَيْنَ يَدَيْهِ حَتَّى يَبْدُوَ بَيَاضُ إِبْطَيْهِ.

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Səhih
Şərh (izah)

O, (Allahın salavatı və salamı onun üzərinə olsun) səcdə zamanı əllərinin arasını aralayardı; hər iki əlini iki qanad kimi, qoltuqaltılarının dərisinin rəngi görünənə qədər aralayardı. Bu, qolların qanad kimi açılması və yanlardan aralı tutulmasında mübaliğədir.

Hədisin faydalarından

Bu forma - qolları yanlardan ayırmaq - səcdədə bəyəniləndir.

Məmumun (imama tabe olan) yanında namaz qılan, onun qollarını aralamasından əziyyət çəkərsə, onun bunu etməsi icazəli deyil.

Səcdədə qolları aralamağın çoxlu hikmətləri və faydaları vardır, bunlardan: namazda fəallıq və rəğbət göstərmək və həmçinin, namaz qılan bütün səcdə üzvlərinə etimad etdikdə, hər bir üzv ibadətdən öz haqqını almış olur. Deyilmişdir: Bunda hikmət odur ki, bu hal təvazökarlığa daha çox bənzəyir və alın və burnun yerə daha yaxşı qoyulması və həmçinin hər bir üzvün özlüyündə fərqlənməsi üçün daha təsirlidir.

Mənbələr

Sahihul-Buxari (1/ 87) (390).

Sahihu Muslim (1/ 356) (495).

Əlavə (6)

تيسير العلام شرح عمدة الأحكام.

للبسام (ص162).

تنبيه الأفهام شرح عمدة الأحكام.

لابن عثيمين (2/ 207).

الإلمام بشرح عمدة الأحكام.

لإسماعيل الأنصاري (1/ 134).