Skip to content

"Quran sahibinə deyiləcək: Oxu və yüksəl, dünyada tərtil ilə oxuduğun kimi burada da tərtillə oxu, şübhəsiz ki, sənin dərəcən, oxuduğun son ayəyə qədərdir".

Abdullah bin Amrdan (Allah onların hər ikisindən razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:

"Quran sahibinə deyiləcək: Oxu və yüksəl, dünyada tərtil ilə oxuduğun kimi burada da tərtillə oxu, şübhəsiz ki, sənin dərəcən, oxuduğun son ayəyə qədərdir".

«يقالُ لصاحبِ القرآن: اقرَأ وارتَقِ، ورتِّل كما كُنْتَ ترتِّل في الدُنيا، فإن منزِلَكَ عندَ آخرِ آية تقرؤها».

Əbu Davud, Ət-Tirmizi, Ən-Nəsai Əl-Kubrada,Əhməd rəvayət etdi.
Həsən
Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, Quranı oxuyana, əhkamlarına əməl edənə, oxuyaraq əzbərləyənə, cənnətə daxil olarkən deyiləcək: Quranı oxu və cənnətin dərəcələrinə bununla yüksəl, dünyada tələsmədən rahatlıqla aramla oxuduğun kimi burada da elə oxu. Şübhəsiz ki, sənin son yerin, oxuduğun son ayəyə qədərdir.

Kəlmələrin mənası

...:

Hədisin faydalarından

Mukafat əməllərin keyfiyyət və kəmiyyətinə uyğun verilir.

Quranı oxumağa, əzbərləməyə, onu düşünüb anlamağa çalışmağa və əhkamlarına əməl etməyə təşviq.

Cənnətdə bir çox məqamlar və dərəcələr vardır. Quran sahibləri orada ən üstün dərəcələrə nail olur.

Mənbələr

Sünən Əbi Davud (2/ 592) (1464).

Sünən Ət-Tirmizi (5/ 35) (2914).

Müsnəd Əhməd (11/ 403) (6799).

Ən-Nəsainin Əs-Sünən Əl Kubra (7/ 272) (8002).

Əlavə (3)

معالم السنن (1/290).

تحفة الأحوذي (8/187).

عون المعبود وحاشية ابن القيم (4/ 237).