Skip to content

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) hər namaz üçün dəstəmaz alardı

Amr bin Amirdən (Allah ona rəhmət etsin) rəvayət edildiyinə görə Ənəs bin Malik (Allah ondan razı olsun) belə demişdir:

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) hər namaz üçün dəstəmaz alardı. Dedim ki: "Bəs siz necə edirdiz?". O da: "Bizdən birisi dəstəmazını pozmadığı müddətcə aldığı dəstəmaz ona kifayət edərdi" - deyərək cavab verdi.

كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَتَوَضَّأُ عِنْدَ كُلِّ صَلَاةٍ، قُلْتُ: كَيْفَ كُنْتُمْ تَصْنَعُونَ؟ قَالَ: يُجْزِئُ أَحَدَنَا الْوُضُوءُ مَا لَمْ يُحْدِثْ.

Əl-Buxari rəvayət etdi.
Səhih
Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) fəzilət və savaba nail olmaq üçün dəstəmazı pozulmasa da hər namaz üçün dəstəmaz alırdı. Bir kimsənin dəstəmazı olduğu müddətcə aldığı dəstəmazla birdən çox fərz namazı qılması caizdir.

Kəlmələrin mənası

...:

Hədisin faydalarından

Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) ən çox əməli, mükəmməl olanı əldə etmək üçün hər namaza dəstəmaz alması idi.

Hər namaz üçün dəstəmaz almaq müstəhəbdir.

Bir dəstəmazla birdən çox fəzr namazı qılmaq caizdir.

Mənbələr

Sahihul-Buxari (1/ 53) (214).

Əlavə (2)

شرح ابن بطّال (1/321).

إرشاد الساري لشرح صحيح البخاري (1/ 285).