"Beş şey fitrətdəndir: sünnət olmaq, övrət yerini qırxmaq, bığları qısaltmaq, dırnaqları tutmaq və qoltuq altındakı tükləri yolmaq".
Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o belə demişdir: Mən Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim:
"Beş şey fitrətdəndir: sünnət olmaq, övrət yerini qırxmaq, bığları qısaltmaq, dırnaqları tutmaq və qoltuq altındakı tükləri yolmaq".
«الفِطْرَةُ خمسٌ: الخِتَانُ والاستحدادُ وقصُّ الشَّارِبِ وتقليمُ الأظفارِ وَنَتْفُ الآبَاطِ».
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bu hədisdə İslam dininin beş xüsusiyyətini və peyğəmbərlərin sünnətini bəyan etmişdir: Birincisi: Sünnət olmaq. Bu, kişinin cinsiyyət orqanının baş tərəfində olan artıq dərinin və həmçinin qadının vaginasındaki uşaqlıq yolunun üzərində olan dərinin baş hissəsinin kəsilməsidir. İkincisi: Övrət yerini qırxmaq. Bu, övrət yerinin ətrafında olan tüklərin qırxılmasıdır. Üçüncüsü: Bığları qısaltmaq. Bu, kişinin üst dodağı görünənə qədər bığların qısaldılmasıdır. Dördüncüsü: Dırnaqların qısaldılmasıdır. Beşincisi: Qoltuq altındakı tüklərin yolunmasıdır.
...:
Allahın sevdiyi, razı olduğu və əmr etdiyi peyğəmbərlərin bu sünnətləri kamilliyə, təmizliyə və gözəlliyə çağırır.
Bunların vaxtı-vaxtında edilməsinin şəriətdə buyurulması və bunlara səhlənkar yanaşılmaması.
Bu xüsusiyyətlərin dini və dünyavi bir çox faydaları vardır. Bu faydalardan bəziləri aşağıdakılardır: Zahiri görünüşü gözəlləşdirmək, bədəni təmiz saxlamaq, təmizliyə diqqət etmək, kafirlərə bənzəməmək, Allahın əmrinə itaat etmək.
Başqa hədislərdə bu beş xüsusiyyətə əlavə olaraq: saqqal buraxmaq, misvakdan istifadə etmək kimi fitri sünnətlərin diğər növləri də qeyd edilmişdir.
Sahihul-Buxari (7/ 160) (5891).
Sahihu Muslim (1/ 222) (257).
Əlavə (7)
عمدة الأحكام (ص44) (30).
الإلمام بشرح عمدة الأحكام.
لإسماعيل الأنصاري (1/ 45).
تيسير العلام شرح عمدة الأحكام.
للبسام (ص58).
تنبيه الأفهام شرح عمدة الأحكام.
لابن عثيمين (1/ 72).