Skip to content

"Həqiqətən Allahın sizə buyurduğu vacib əməlləri sevdiyi kimi, rüxsətlə (yüngülləşdirici) buyurduğu əməlləri də etmənizi sevir".

İbn Abbasdan (Allah ondan və atasından razı olsun) belə dediyi rəvayət edilir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi:

"Həqiqətən Allahın sizə buyurduğu vacib əməlləri sevdiyi kimi, rüxsətlə (yüngülləşdirici) buyurduğu əməlləri də etmənizi sevir".

«إِنَّ اللَّهَ يُحِبُّ أَنْ تُؤْتَى رُخَصُهُ، كَمَا يُحِبُّ أَنْ تُؤْتَى عَزَائِمُهُ».

İbnu Hibbən rəvayət etdi.
Səhih
Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, həqiqətən Allah əhkam və ibadətlərdəki buyurduğu yüngüllükləri, səfər zamanı namazı qısaltmaq və cəm etmək kimi mükəlləflərə asanlaşdırdığı rüxsətlərin edilməsini sevir. Eyni şəkildə Uca Allah, əmrlərinin də yerinə yetirilməsini sevir, çünki Onun rüxsətlərdə və fərzlərdəki əmrləri eynidir.

Kəlmələrin mənası

...:

Hədisin faydalarından

Uca Allahın qullarına rəhmkar olması. Pak və nöqsansız uca Allah şəriət rüxsətlərinin yerinə yetirilməsini sevir.

Şəriətin kamilliyi və müsəlmanın üzərindən çətinliyin götürülməsi.

Mənbələr

Sahihu İbni Hibbən (2/ 69) (354).

Əlavə (2)

فيض القدير (2/292).

نيل الأوطار (3/244).