Skip to content

Əgər mən gündəlik fərz namazlarını qılıb, Ramazan orucunu tutub, Allahın halalını halal, haramını haram olaraq etiqad etsəm

Cabirdən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o belə demişdir:

Bir kişi Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşaraq dedi: Əgər mən gündəlik fərz namazlarını qılıb, Ramazan orucunu tutub, Allahın halalını halal, haramını haram olaraq etiqad etsəm, bunlara başqa heç bir əməl əlavə etməsəm, Cənnətə daxil olaram? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ona: "Bəli"- deyərək cavab verdi. Bu zaman kişi: Allaha and olsun ki, bunlara başqa bir əməl əlavə etməyəcəm- dedi.

أَنَّ رَجُلًا سَأَلَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَقَالَ: أَرَأَيْتَ إِذَا صَلَّيْتُ الصَّلَوَاتِ الْمَكْتُوبَاتِ، وَصُمْتُ رَمَضَانَ، وَأَحْلَلْتُ الْحَلَالَ، وَحَرَّمْتُ الْحَرَامَ، وَلَمْ أَزِدْ عَلَى ذَلِكَ شَيْئًا، أَأَدْخُلُ الْجَنَّةَ؟ قَالَ: «نَعَمْ»، قَالَ: وَاللهِ لَا أَزِيدُ عَلَى ذَلِكَ شَيْئًا.

Muslim rəvayət etdi.
Səhih
Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bu hədisdə bizə, beş vaxt fərz namazı qılıb, nafilə olaraq başqa namaz qılmayan, Ramazan orucunu tutub, nafilə olaraq başqa nafilə oruc tutmayan, halalların halal olduğunu etiqad edib, onları edən və haramların da haram olduğunu etiqad edib, onlardan çəkinən kimsənin Cənnətə girəcəyini bəyan etmişdir.

Kəlmələrin mənası

...:

Hədisin faydalarından

Müsəlman, fərzləri yerinə yetirməyə və haramları tərk etməyə həris olmalı və əsas qayəsi də Cənnətə daxil olmaq olmalıdır.

Hədisdə, halalı halal olaraq etiqad edib, onu etməyin və haramı da haram olaraq etiqad edib, ondan çəkinməyin əhəmiyyəti vurğulanmışdır.

Vacibləri yerinə yetirmək və haramlardan çəkinmək Cənnətə daxil olmaq üçün səbəbidir.

Mənbələr

Sahihu Muslim (1/ 44) (15).

Əlavə (3)

جامع العلوم والحكم (1/513).

شرح الأربعين النووية للعثيمين (ص: 215).

فتح القوي المتين في شرح الأربعين للعباد (ص 77).