Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 28

Filtrləri təmizlə
"Əgər siz Allaha layiqincə təvəkkül etsəydiniz, O, səhər yuvasından ac çıxıb, axşam tox qayıdan quşu ruziləndirdiyi kimi, sizi də ruziləndirərdi".
Səhih İmam Əhməd, Tirmizi, Nəsai, İbn Maca, İbn Hibban “Səhih” əsərində və Hakim rəvayət etmişlər.
"Allah cənnət və cəhənnəmi yaradanda Cəbrayılı (Allahın salamı onun üzərinə olsun) cənnətə göndərdi və dedi: "Ona və onun əhli üçün orada nə hazırladığıma bax". Cəbrayıl ona baxdı və qayıdaraq dedi: "İzzətinə and olsun ki, onu eşidən ora daxil olmaq istəyəcək". Sonra Allah cənnəti nəfsin sevmədiyi şeylərlə əhatə edilməsini əmr etdi və dedi: "Get, ona və onun əhli üçün orada nə hazırladıqlarıma bax". O gedib baxdı və cənnətin nəfsə ağır və çətin gələn əməllərlə əhatələndiyinü gördü və: "İzzətinə and olsun ki, ora kimsənin daxil olmayacağından qorxuram" - dedi. Allah buyurdu: "Get, cəhənnəmə və orada onun əhli üçün hazırladıqlarıma bax". Gedib cəhənnəmə baxanda onun bir hissəsinin digər hissəsinin üstünə çıxdığını gördü. Geri döndü və dedi: "İzzətinə and olsun ki, heç kəs ora girməyəcək". Sonra Allah cəhənnəmin şəhvətlərlə əhatələnməsini əmr etdi və dedi: "Qayıt və ona bax". Cəbrayıl cəhənnəmin şəhvətlərlə əhatələndiyini gördü və qayıdıb dedi: "İzzətinə and olsun ki, bir nəfər belə qalmayıb hər kəsin ora girəcəyindən qorxuram".
Həsən Əbu Davud, Ət-Tirmizi,Ən-Nəsai rəvayət etdi.
Quranı aşkardan oxuyan aşkardan sədəqə verən kimidir, Quranı gizli oxuyan isə gizli sədəqə verən kimidir.
Səhih Əbu Davud, Ət-Tirmizi,Ən-Nəsai rəvayət etdi.
"Rəbbin qula ən yaxın olan vaxtı gecənin sonudur, əgər sən o vaxt Allahı zikr edənlərdən ola bilirsənsə, ol".
Səhih Əbu Davud, Ət-Tirmizi,Ən-Nəsai rəvayət etdi.
Bir kişi Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəlib dedi: “Savab və ad-san üçün döyüşən bir adam nə qazanar? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: “Onun üçün heç bir şey yoxdur” Kişi sualını üç dəfə təkrar etdi, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) isə hər dəfəsində "Ona heç bir şey yoxdur" deyə cavab verdi. Sonra dedi: "Şüphəsiz Allah xalis olaraq Onun üçün edilən və Onun razılığı axtarılan əməldən başqa heç bir əməli qəbul etməz."
Səhih Hədisi Nəsai rəvayət etmişdir.
Yağışlı və şiddətli zülmət bir gecədə Allah Rəsulunu(Allahın salavatı və salamı onun üzərinə olsun) bizə namaz qıldırması üçün axtarmağa çıxdıq və onu tapdıq. O, dedi: “De”. Mən isə heç bir şey demədim. Sonra yenə dedi: “De”. Mən yenə heç bir şey demədim. Sonra yenə "De" dedi. Mən də: "Nə deyim?". dedim. Buyurdu: "Səhərə və axşama çıxdığında üç dəfə «"Qul huvallahu əhəd" və "Fələq" və "Nəss" surələrini oxu, hər cür şərrə qarşı sənə kifayət edər".
Səhih Əbu Davud, Ət-Tirmizi,Ən-Nəsai rəvayət etdi.
"Zikrin ən fəzilətlisi: «Lə iləhə illəllah» kəlməsidir, duanın ən fəzilətlisi isə: «Əlhəmdulilləh» sözüdür".
Həsən Ət-Tirmizi, Ən-Nəsai əl-Kubrada və İbn Məcə rəvayət ediblər.
Ey Allahın elçisi, Sədin anası vəfat etdi, hansı sədəqə daha fəzilətlidir? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Su sədəqəsi". Dedi: Bir quyu qazdı və "bu Sədin anası üçündür" dedi.
Hədis bütün rəvayət yollarına görə həsəndir. Əbu Davud, Nəsai və İbn Maca rəvayət etmişdir