Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 64

Filtrləri təmizlə
"Əgər siz Allaha layiqincə təvəkkül etsəydiniz, O, səhər yuvasından ac çıxıb, axşam tox qayıdan quşu ruziləndirdiyi kimi, sizi də ruziləndirərdi".
Səhih İmam Əhməd, Tirmizi, Nəsai, İbn Maca, İbn Hibban “Səhih” əsərində və Hakim rəvayət etmişlər.
"Dilin daima Allahı zikr etməklə yaş qalsın".
Səhih Əhməd, Tirmizi, İbn Maca və İbn Hibban rəvayət etmişdir.
"Allah cənnət və cəhənnəmi yaradanda Cəbrayılı (Allahın salamı onun üzərinə olsun) cənnətə göndərdi və dedi: "Ona və onun əhli üçün orada nə hazırladığıma bax". Cəbrayıl ona baxdı və qayıdaraq dedi: "İzzətinə and olsun ki, onu eşidən ora daxil olmaq istəyəcək". Sonra Allah cənnəti nəfsin sevmədiyi şeylərlə əhatə edilməsini əmr etdi və dedi: "Get, ona və onun əhli üçün orada nə hazırladıqlarıma bax". O gedib baxdı və cənnətin nəfsə ağır və çətin gələn əməllərlə əhatələndiyinü gördü və: "İzzətinə and olsun ki, ora kimsənin daxil olmayacağından qorxuram" - dedi. Allah buyurdu: "Get, cəhənnəmə və orada onun əhli üçün hazırladıqlarıma bax". Gedib cəhənnəmə baxanda onun bir hissəsinin digər hissəsinin üstünə çıxdığını gördü. Geri döndü və dedi: "İzzətinə and olsun ki, heç kəs ora girməyəcək". Sonra Allah cəhənnəmin şəhvətlərlə əhatələnməsini əmr etdi və dedi: "Qayıt və ona bax". Cəbrayıl cəhənnəmin şəhvətlərlə əhatələndiyini gördü və qayıdıb dedi: "İzzətinə and olsun ki, bir nəfər belə qalmayıb hər kəsin ora girəcəyindən qorxuram".
Həsən Əbu Davud, Ət-Tirmizi,Ən-Nəsai rəvayət etdi.
Quranı aşkardan oxuyan aşkardan sədəqə verən kimidir, Quranı gizli oxuyan isə gizli sədəqə verən kimidir.
Səhih Əbu Davud, Ət-Tirmizi,Ən-Nəsai rəvayət etdi.
"Rəbbin qula ən yaxın olan vaxtı gecənin sonudur, əgər sən o vaxt Allahı zikr edənlərdən ola bilirsənsə, ol".
Səhih Əbu Davud, Ət-Tirmizi,Ən-Nəsai rəvayət etdi.
Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bir gün aramızda ikən ayağa qalxıb bizə, qəlblərimizi titrədən, gözlərimizi yaşardan bəlağətli bir xütbə söylədi. Ona dedilər ki: Ey Allahın Rəsulu, bizə sanki vida xütbəsi verdin, ona görə bizə vəsiyyət et. O dedi: “Sizə Allahdan qorxmağı tövsiyyə edirəm, (rəhbəriniz) həbəşi bir kölə olsa belə, ona tabe olub, itaət edin. Məndən sonra şiddətli ixtilaflar görəcəksiniz, mənim və doğru yolda olan raşidi xəlifələrin yoluna tabe olun və ondan azı dişlərinizlə yapışın. Dinə artırılmış yeniliklərdən çəkinin, çünki hər bir yenilik zəlalətdir”.
Səhih Əbu Davud, Ət-Tirmizi, İbn Məcə, Əhməd rəvayət ediblər
“Ey insanlar, salamı yayın, yemək yedizdirin, qohumluq əlaqələrini qoruyun və gecələr insanlar yatarkən namaz qılın ki, Cənnətə salamatlıqla daxil olasınız”.
Səhih Ət-Tirmizi, İbnu Məcə və Əhməd rəvayət etdi.
"Sizə əməllərinizin ən xeyirlisini, Hökmradınızın yanında ən pak olanını, dərəcələrinizi ən çox artıranı sizin üçün qızıl və gümüş xərcləməkdən daha xeyirlisini və sizin üçün düşməninizlə qarşılaşıb onların boyunlarını vurmaqdan, onların da sizin boynunuzu vurmaqdan daha xeyirli olanını xəbər verimmi?". Onlar dedilər: "Bəli". O, dedi: “Uca Allahı zikr etməkdir”.
Səhih Ət-Tirmizi, İbnu Məcə və Əhməd rəvayət etdi.