Skip to content

Ey Allahın elçisi, Sədin anası vəfat etdi, hansı sədəqə daha fəzilətlidir? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Su sədəqəsi". Dedi: Bir quyu qazdı və "bu Sədin anası üçündür" dedi.

Səd bin Ubədədən (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir:

Ey Allahın elçisi, Sədin anası vəfat etdi, hansı sədəqə daha fəzilətlidir? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Su sədəqəsi". Dedi: Bir quyu qazdı və "bu Sədin anası üçündür" dedi.

يَا رَسُولَ اللَّهِ، إِنَّ أُمَّ سَعْدٍ مَاتَتْ، فَأَيُّ الصَّدَقَةِ أَفْضَلُ؟، قَالَ: «الْمَاءُ»، قَالَ: فَحَفَرَ بِئْرًا، وَقَالَ: هَذِهِ لِأُمِّ سَعْدٍ.

Əbu Davud, Nəsai və İbn Maca rəvayət etmişdir
Hədis bütün rəvayət yollarına görə həsəndir.
Şərh (izah)

Səd ibn Ubədənin(Allah ondan razı olsun) anası vəfat etdi və o, Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) anasının adından sədəqə verməsi üçün ən yaxşı sədəqə növü haqqında soruşdu? O (Allahın salavatı və salamı onun üzərinə olsun) ona xəbər verdi ki, ən xeyirli sədəqə sudur. Ona görə də bir quyu qazıb onu anasının adından sədəqə olaraq verdi.

Hədisin faydalarından

Suyun sədəqənin ən yaxşı növlərindən biri olduğunun bəyanı.

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Sədi su sədəqəsinə yönəltdi; çünki o həm dini, həm dünyəvi işlərdə, şiddətli isti, ehtiyac və su çatışmamazlığı səbəbindən daha faydalıdır.

Sədəqələrin savablarının ölülərə çatmasına dəlil.

Səd bin Ubədənin (Allah ondan razı olsun) anasına (Allah ondan razı olsun) olan yaxşılığı.

Mənbələr

Sünən Əbi Davud (3/ 109) (1681).

Sünən Ən-Nəsai (6/ 254) (3664).

Sünən İbn Məcəh (4/ 643) (3684).

Əlavə (1)

شرح سنن أبي داود للعباد (204/ 19).