"Kim Allahın sözünün ən uca olması üçün vuruşarsa, məhz o, Allah yolundadır."
Əbu Musadan (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir:
Allahın Elçisindən (Allahın salavatı və salamı onun üzərinə olsun) cəsarətindən dolayı döyüşən, millətçilik üçün döyüşən və riya üçün döyüşən kişilər haqqında soruşdular ki, bunlardan hansı Allah yolundadır? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Kim Allahın sözünün ən uca olması üçün vuruşarsa, məhz o, Allah yolundadır."
سُئِلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ الرَّجُلِ يُقَاتِلُ شَجَاعَةً، وَيُقَاتِلُ حَمِيَّةً، وَيُقَاتِلُ رِيَاءً، أَيُّ ذَلِكَ فِي سَبِيلِ اللهِ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ قَاتَلَ لِتَكُونَ كَلِمَةُ اللهِ هِيَ الْعُلْيَا، فَهُوَ فِي سَبِيلِ اللهِ».
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) döyüşənlərin məqsədlərinin müxtəlif olması haqqında soruşuldu. Kimisi cəsarətindən, kimisi millət təəssübkeşliyi, kimisi də xalq arasında yerini görmək üçün vuruşur. Bəs bunlardan Allah yolunda döyüşəni hansıdır? Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirdi ki, Allahın sözü ən uca olsun deyə döyüşən Allah yolunda döyüşən kəsdir .
Əməllərin saleh və ya fəsad olması ilə bağlı əsas prinsip, niyyət və əməlin ixlasla (yalnız Allahın razılığını umaraq) Allah üçün edilməsidir.
Əgər cihad etməkdə məqsəd Allahın kəlamını ucaltmaqdırsa və ona qənimət əldə etmək kimi başqa bir (şər'i cəhətdən icazəli) məqsəd də qoşularsa, bu niyyətin əslinə xələl gətirməz.
Vətəni və müqəddəsatları (milləti, ailəni) düşmənlərdən müdafiə etmək Allah yolunda döyüşməkdən hesab edilir.
Mücahidlər haqqında varid olmuş fəzilət, Uca Allahın kəlamının uca olması üçün döyüşənlərə aiddir.
Sahihul-Buxari (9/ 136) (7458).
Sahihu Muslim (3/ 1513) (1904).
Əlavə (4)
تيسير العلام شرح عمدة الأحكام.
لعبد الله البسام (ص753).
الإعلام بفوائد عمدة الأحكام.
لابن الملقن (10/ 380).