Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 14

Filtrləri təmizlə

Hədisin dərəcəsi

"Yaxşılıq: gözəl əxlaqdır. Günah isə qəlbini narahat edən və insanların bilməsini istəmədiyin şeydir".
Səhih Birinci hədisi Müslim rəvayət etmişdir, ikinci hədisi isə Əhməd və Darimi rəvayət etmişdir.
"Güclü mömin zəif mömindən daha xeyirli və Allaha daha sevimlidir. Və hər ikisində də xeyir vardır. Sənə faydalı olan şeylərə həris ol. Allahdan yardım istə və acizlik etmə. Başına bir müsibət gəldiyi zaman "əgər belə etsəydim bu cür olardı, belə olardı" demə. Lakin de ki, "Allahın qədəridir və O, istədiyini edir". Çünki "əgər" kəliməsi şeytanın edəcəyi işlərə qapı açır".
Səhih Muslim rəvayət etdi.
Bir kişi Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) qiyamət haqqında soruşdu və dedi: Qiyamət nə vaxt olacaq? O, dedi: “Onun üçün nə hazırlamısan?” O, dedi: “Heç bir şey, lakin mən Allahı və Onun Rəsulunu (Allahın salavatı və salamı onun üzərinə olsun) sevirəm. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: “Sən sevdiyin kəslə birlikdəsən”. Ənəs dedi: Biz, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) “Sən sevdiyin kəslə birlikdəsən” sözünə sevindiyimiz qədər heç bir şeyə sevinməmişdik. (Bunun ardınca) Ənəs dedi: Mən Peyğəmbəri (Allahın salavatı və salamı onun üzərinə olsun), Əbu Bəkri və Öməri sevirəm, onların əməlləri kimi əməl etməsəm də, onlara olan sevgimdən dolayı onlarla birlikdə olacağıma ümid edirəm.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"İki müsəlman qılıncla (bir-birini öldürmək üçün) qarşı-qarşıya gəlirsə, öldürən də, ölən də cəhənnəmdədir". Dedim: "Ey Allahın Rəsulu, bu qatildir, bəs ölənin günahı nədir? (O niyə cəhənnəmdədir?) Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: "O da, müsəlman qardaşını öldürmək istəyirdi".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Allah - Təbarakə va Təalə - buyurmuşdur: "Mən, şərik olmağa möhtac deyiləm. Kim bir əməl edərsə və etdiyi əməldə bir başqasını Mənə şərik qoşarsa, Mən onu və şərik qoşduğunu tərk edərəm".
Səhih Muslim rəvayət etdi.
"Həqiqətən Allah sizin zahirinizə, var-dövlətinizə yox, qəlblərinizə və əməllərinizə baxar".
Səhih Muslim rəvayət etdi.
"Sizlərdən biriniz, mən ona valideynindən, övladından və bütün insanlardan sevimli olmayınca iman gətirmiş olmaz".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
“Hər kim səmimi qəlblə Allahdan şəhidlik istəsə, yatağında ölsə belə, Allah onu şəhidlərin məqamına çatdırar.”
Səhih Muslim rəvayət etdi.