{Sonra da o gün nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız}.
Zubeyr bin Avvamdan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o belə demişdir:
{Sonra da o gün nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız}. [Təkəsur surəsi: 8] ayəsi nazil olduqda Zubeyr (Allah ondan razı olsun): Ey Allahın Rəsulu! Hansı nemətlərdən hesaba çəkiləcəyik, xurma və sudanmı?! deyə soruşdu. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun): «Şübhəsiz ki bunlardan hesaba çəkiləcəksiniz» deyə buyurdu.
لَمَّا نَزَلَتْ: {ثُمَّ لَتُسْأَلُنَّ يَوْمَئِذٍ عَنِ النَّعِيمِ} [التكاثر: 8]، قَالَ الزُّبَيْرُ: يَا رَسُولَ اللهِ، وَأَيُّ النَّعِيمِ نُسْأَلُ عَنْهُ، وَإِنَّمَا هُمَا الْأَسْوَدَانِ التَّمْرُ وَالْمَاءُ؟ قَالَ: «أَمَا إِنَّهُ سَيَكُونُ».
Bu ayə nazil olduqda: {Sonra da o gün nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız}. Yəni: Allahın sizə bəxş etdiyi nemətlərə şükür edib, etmədiyinizdən dolayı hesaba çəkiləcəksiniz. Zubeyr bin Avvam (Allah ondan razı olsun) bunu eşidincə: Ey Allahın Rəsulu! Hansı nemətlərdən hesaba çəkiləcəyik, xurma və sudanmı?! deyə soruşdu. Bu iki nemət, sorğu-sualı gərəkdirməyən iki nemətdir dedi. Bunun eşidən Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurdu: Siz mütləq sizə bəxş edilən nemətlər barədə hesaba çəkiləcəksiniz. Çünki bu iki nemət, Uca Allah nemətlərindən, iki əzəmətli nemətdir.
Nemətlər üçün Uca Allaha şükür etmənin önəmi.
Qul, qiyamət günü kiçik və ya böyük olmasından aslı olmayaraq ona verilmiş bütün nemətlər barədə hesaba çəkiləcəkdir.
Sünən Ət-Tirmizi (5/ 375) (3356).
Sünən İbn Məcəh (5/ 262) (4158).
Əlavə (3)
شرح سنن ابن ماجه للسيوطي (ص: 307).
تحفة الأحوذي (9/203).
مرشد ذوي الحجا والحاجة إلى سنن ابن ماجه والقول المكتفى على سنن المصطفى (25/ 251).