Skip to content

“Mömin tənə edən, lənət edən, pis söz danışan və ədəbsiz davranan deyildir”.

Abdullah bin Məsuddan (Allah ondan razı olsun) rəvayət edilir ki, o, belə demişdir: Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu:

“Mömin tənə edən, lənət edən, pis söz danışan və ədəbsiz davranan deyildir”.

«لَيْسَ الْمُؤْمِنُ بِالطَّعَّانِ وَلاَ اللَّعَّانِ وَلاَ الفَاحِشِ وَلاَ البَذِيءِ».

Ət-Tirmizi rəvayət etdi.
Səhih
Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, insanları nəsillərinə görə ayıblamaq, tez-tez söyüş söymək və lənət etmək, ədəbsiz, çirkin söz danışmaq və hərəkət etmək möminin sifəti deyil.

Hədisin faydalarından

Şəriət mətnlərində imanın inkar edilməsi yalnız haramın işlənməsi və ya vacibin tərki səbəbi ilə olur.

Əzaları, xüsusən də dili pisliklərdən qorumağa təşviq etmək.

Sindi demişdir: “(ət-Taan, əl-Ləən) Tənə edən və lənət edən” kəlmələrinin mübaliğə formasında gəlməsi onun göstəricisidir ki, az halda bu ifadələrin layiq olan şəxsə söylənməsi iman əhlinin bu sifətlə vəsf olunmasına xələl gətirmir".

Mənbələr

Sünən Ət-Tirmizi (3/ 520) (1977).

Əlavə (2)

تحفة الأحوذي (6/ 95).

مجموع الفتاوى (12/ 478).