Skip to content

"Paltar köhnəldiyi kimi içinizdəki iman da köhnəlir. Allahdan qəlblərinizdəki imanın yenilənməsini istəyin".

Abdullah bin Amrdan (Allah onların ikisindən də razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:

"Paltar köhnəldiyi kimi içinizdəki iman da köhnəlir. Allahdan qəlblərinizdəki imanın yenilənməsini istəyin".

«إِنَّ الْإِيمَانَ لَيَخْلَقُ فِي جَوْفِ أَحَدِكُمْ كَمَا يَخْلَقُ الثَّوْبُ الْخَلِقُ، فَاسْأَلُوا اللَّهَ أَنْ يُجَدِّدَ الْإِيمَانَ فِي قُلُوبِكُمْ».

Əl-Hakim və Ət-Tabarani rəvayət etdi.
Səhih
Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirir ki, uzun müddət isifadə olunan yeni geyim köhnəldiyi kimi, müsəlmanın qəlbindəki iman da köhnəlir və zəifləyir. Bu, ibadətdəki zəiflik, günahlara bulaşmaq və şəhvətlərə qapılmaq səbəbilədir. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bizi uca Allaha imanımızın təzələnməsi üçün dua etməyə, fərzləri yerinə yetirməyə və çoxlu zikr və istiğfar etməyə istiqamətləndirir.

Kəlmələrin mənası

...:

Hədisin faydalarından

Allahdan sabitlik və qəlblərmizdəki imanın yeniləməsini diləməyə təşviq etmək.

İman söz, əməl və etiqaddır, itaətlə artır, günahla azalır.

Mənbələr
Əlavə (7)

المستدرك على الصحيحين للحاكم (1/ 45) (5).

المعجم الكبير للطبراني (13/ 36) (84).

النهاية في غريب الحديث والأثر.

ص(282).

النهاية (1/316).

فيض القدير (2/323).

التنوير شرح الجامع الصغير (3/434).