Skip to content

"Allah kimə xeyir dilərsə, onu dində anlayış sahibi edər

Muaviyə (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edir:

"Allah kimə xeyir dilərsə, onu dində anlayış sahibi edər, mən sadəcə nemətləri bölüb paylayanam, (nemətləri) yetirən isə Allahdır. Bu ümmət Allahın əmri gəlincəyə (Qiyamətə) qədər Onun əhkamları üzərində olacaq, onlara müxalif olanlar onlara zərər vura bilməyəcəklər".

«مَنْ يُرِدِ اللهُ بِهِ خَيْرًا يُفَقِّهْهُ فِي الدِّينِ، وَإِنَّمَا أَنَا قَاسِمٌ، وَاللهُ يُعْطِي، وَلَنْ تَزَالَ هَذِهِ الْأُمَّةُ قَائِمَةً عَلَى أَمْرِ اللهِ، لَا يَضُرُّهُمْ مَنْ خَالَفَهُمْ، حَتَّى يَأْتِيَ أَمْرُ اللهِ».

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Səhih
Şərh (izah)

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirir ki, Allah kimə xeyir istəsə, onu pak olan Allahın dinində anlayış istedadına yiyələndirər. Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) uca Allahın verdiyi ruzini, elmi və digər şeyləri bərabər bölüb paylayandır. Həqiqi mənada yetirən Allahdır, başqaları isə yalnız Allahın izni ilə fayda verə biləcək səbəblərdəndir. Bu ümmət Qiyamətə qədər Allahın əhkamları üzərində olacaq, əleyhdarları isə onlara zərər verə bilməyəcəklər.

Kəlmələrin mənası

.....:

Hədisin faydalarından

Şəriət elminin və onu öyrənməyin əzəməti və fəziləti, və bu elmə təşviqin önəmi.

Bu ümmət üçün haqqı uca tutmaq mütləqdir, əgər bir qrup insan buna əməli etməzsə, digərləri onları əvəz edər.

Dini düzgün anlamaq neməti, uca Allahın quluna xeyir istəməsindən irəli gəlir.

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) yalnız Allahın əmri və istəyi ilə bəxş edir və o heç bir şeyin sahibi deyildir.

Mənbələr

Sahihul-Buxari (1/ 25) (71).

Sahihu Muslim (2/ 718) (1037).

Əlavə (8)

توضيح الأحكام من بلوغ المرام.

للبسام (7/ 485).

منحة العلام في شرح بلوغ المرام.

لعبد الله الفوزان (10/ 324).

فتح ذي الجلال والإكرام.

لابن عثيمين (6/ 424).

سبل السلام بشرح بلوغ المرام.

للصنعاني (2/ 688).