Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 6

Filtrləri təmizlə
"Kim bir mömini dünya sıxıntılarının birindən qurtararsa, Allah da onu Qiyamət gününün sıxıntılarının birindən qurtarar. Kim borcunu qaytara bilməyən bir kimsənin işini asanlaşdırarsa, Allah da onun dünya və axirətdəki işlərini asanlaşdırar. Kim bir müsəlmanın eyblərini örtərsə, Allah da onun həm bu dünyada, həm də axirətdə eyblərini örtər. Kişi mömin qardaşına kömək etdiyi müddətdə, Allah da ona kömək edər. Kim elm öyrənmək üçün yola çıxarsa, Allah bununla onun Cənnətə gedən yolunu asanlaşdırar. Əgər bir toplum Allahın evlərindən hər hansı birində yığışıb Allahın Kitabını oxuyarsa və onu bir-birinə öyrədərsə, onların üzərinə sükunət nazil olar, rəhmət onları bürüyər, mələklər onları əhatə edər və Allah onları Öz yanında olanlar arasında yad edər. Kimin əməli onu geriyə çəkərsə, nəsəbi onu irəliyə apara bilməz".
Səhih Muslim rəvayət etdi.
"Allah kimə xeyir dilərsə, onu dində anlayış sahibi edər, mən sadəcə nemətləri bölüb paylayanam, (nemətləri) yetirən isə Allahdır. Bu ümmət Allahın əmri gəlincəyə (Qiyamətə) qədər Onun əhkamları üzərində olacaq, onlara müxalif olanlar onlara zərər vura bilməyəcəklər".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Qiyamətin əlamətlərindən, elmin aradan qalxması, cəhalətin yayılması, zinanın artması, haram içkilərin istifadəsinin çoxalması, kişilərin azalması, qadınların artmasıdır ki, əlli qadına bir kişi düşəcək.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) sahabələrindən bizə Quran öyrədənlər danışırdılar ki, onlar Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) on ayə öyrənərdilər və bu ayələrdəki elm və əməli həyatlarında tətbiq etməyincə digər ayələrə keçməzdilər. Onlar - "Bu sayədə elm və əməli öyrəndik" - deyərdilər.
Həsən Əhməd rəvayət etdi.
"Ey Əbul Munzir, bilirsənmi ki, Allahın kitabındakı hansı ayə daha əzəmətlidir?". Dedi: Mən cavab verdim: Allah və Rəsulu ən doğrusunu bilir! Dedi: "Ey Əbul Munzir, bilirsənmi, Allahın kitabındakı hansı ayə daha əzəmətlidir?". Dedi: Mən cavab verdim: "Allah, Ondan başqa ibadətə layiq məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur" [Əl bəqərə 2 surəsi, ayə 255]. O sinəmə vurub dedi: "Ey Əbul Munzir, vallahi elm sənə mübarək olsun".
Səhih Muslim rəvayət etdi.
Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bir dəstə səhabəsinin yanına gəlib dedi: “Nə üçün oturmusunuz?” Onlar dedilər: “Biz Allahı zikr edib, bizi İslama hidayət etdiyinə və onunla bizə bəxş etdiyi nemətlərinə görə Ona həmd-səna etmək üçün oturmuşuq". Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: Allaha and için ki,yalnız bunun üçün oturmusunuz. Onlar dedilər: Allaha and olsun ki, ondan başqa bir şey üçün oturmamışıq. O, dedi: «Mən sizi töhmət (yalanda ittiham) etmək üçün and içdirmədim, lakin Cəbrayıl mənim yanıma gəldi və mənə dedi ki, izzət və cəlal sahibi olan Allah sizinlə mələklərin yanında fəxr edir."
Səhih Muslim rəvayət etdi.