Skip to content

Həqiqətən insanların ən yaramazı Qiyamətin qopacağı an hələ də həyatda olanlar və qəbirləri məscidlərə çevirənlərdir.

Abdullah bin Məsuddan (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: “Mən Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim:

Həqiqətən insanların ən yaramazı Qiyamətin qopacağı an hələ də həyatda olanlar və qəbirləri məscidlərə çevirənlərdir.

«إِنَّ مِنْ شِرَارِ النَّاسِ مَنْ تُدْرِكُهُ السَّاعَةُ وَهُمْ أَحْيَاءٌ، وَمَنْ يَتَّخِذُ الْقُبُورَ مَسَاجِدَ».

Əhməd rəvayət etdi.
Həsən
Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ən pis insanlardan - Qiyamətin qopacağı an hələ də həyatda olan kəslərdən, qəbirlər olan yerləri məscid kimi istifadə edənlərdən, qəbirlərin yanında və onlara tərəf namaz qılanlardan xəbər verir.

Hədisin faydalarından

Qəbirlər üzərində məscid tikməyin haramlığı, çünki şirkə aparan vasitədir.

Tikili olmasa belə qəbirlər yanında namaz qılmağın haramlığı, çünki məscid səcdə edilən yerin adıdır, hətta tikili olmasa belə.

Kim salehlərin qəbirlərini namaz qılınan məkan kimi istifadə edib, bununla uca Allaha yaxınlaşmaq məqsədini iddia edərsə, o insanların ən şərlisidir.

Mənbələr

Müsnəd Əhməd (6/ 394) (3844).

Əlavə (6)

الجديد في شرح كتاب التوحيد.

لمحمد القرعاوي (ص191).

الملخص في شرح كتاب التوحيد.

لصالح الفوزان (ص176).

أحكام الجنائز.

للألباني (1/ 217).