Skip to content
Surələrin siyahısı /

البَقَرَة

البَقَرَة is chapter 2 of the Quran and has 286 verses. This page presents it in full in the Uthmani script, with a verse-by-verse translation of its meaning.

286 Ayələr Surə nömrəsi 2
Ayəyə keç
Azərbaycanca · Musayev
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

الٓمٓ

Əlif. Ləm. Mim.

Explanation & meanings · 1
  1. Surənin əvvəlindəki, oxunuşda arasında fasilə verilən bu hərflər Quranın ecazkar olduğuna dəlalət edir. Artıq bu Quran vasitəsilə müşriklərə xəbərdarlıq edilmiş və onlar bunun bənzərini gətirməyə aciz qalmışlar. Quran, ərəb dilinin quruluşunu təşkil edən bu hərflərdən daha mürəkkəbdir. Ərəblərin Quranın bənzərini gətirməyə aciz qalması, – halbuki onlar ərəb dilini ən səlis bilən insanlardır, – onun Allahdan nazil edilmiş vəhy olmasına dəlalət edir.

ذَٰلِكَ ٱلۡكِتَٰبُ لَا رَيۡبَۛ فِيهِۛ هُدٗى لِّلۡمُتَّقِينَ

Bu, içində heç bir şəkk-şübhə olmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır.

ٱلَّذِينَ يُؤۡمِنُونَ بِٱلۡغَيۡبِ وَيُقِيمُونَ ٱلصَّلَوٰةَ وَمِمَّا رَزَقۡنَٰهُمۡ يُنفِقُونَ

O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər;

وَٱلَّذِينَ يُؤۡمِنُونَ بِمَآ أُنزِلَ إِلَيۡكَ وَمَآ أُنزِلَ مِن قَبۡلِكَ وَبِٱلۡأٓخِرَةِ هُمۡ يُوقِنُونَ

O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar.

أُوْلَٰٓئِكَ عَلَىٰ هُدٗى مِّن رَّبِّهِمۡۖ وَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ

Onlar öz Rəbbindən (gələn) doğru yol üzərindədirlər. Məhz onlar nicat tapanlardır.