"Özbaşına yoluxma yoxdur, uğursuzluq yoxdur və mən fə'li sevirəm". Deyildi : "Fə'l nədir?". Dedi: "Yaxşı söz".
Ənəs bin Malikdən (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilir:
"Özbaşına yoluxma yoxdur, uğursuzluq yoxdur və mən fə'li sevirəm". Deyildi : "Fə'l nədir?". Dedi: "Yaxşı söz".
«لَا عَدْوَى، وَلَا طِيَرَةَ، وَيُعْجِبُنِي الْفَأْلُ» قَالَ قِيلَ: وَمَا الْفَأْلُ؟ قَالَ: «الْكَلِمَةُ الطَّيِّبَةُ».
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, cahiliyyə dönəmi insanlarının bir xəstəliyin Allahın təqdiri olmadan öz-özünə başqasına keçdiyinə inandıqları yoluxma batildir. Uğursuzluğa inanmaq da batildir. O quşlara, heyvanlara, əlillərə, rəqəmlərə, günlərə və səsli və ya görünən digər şeylərə bağlanılan bədbinlik inancıdır. O, quşu yalnız İslamdan əvvəlki cahiliyyə dövründə məşhur olduğu üçün qeyd etdi. O zaman insanlar səfər, ticarət və ya başqa bir işə başlamaq istədikdə, quşu havaya buraxardılar. Və əgər quş sağa uçardısa, nikbinliyə düşər və istədikləri işə davam edərdilər. Yox, əgər sola uçardısa, bədbinliyə inanar və istədikləri o işə başlamazdılar. Sonra o (Allahın salavatı və salamı onun üzərinə olsun) insanın eşitdiyi xoş sözdən dolayı başına gələn fərəh və sevinci xoşladığını və bu şeyin, onun Rəbbi haqqında gözəl düşünməsinə səbəb olduğunu dedi.
...:
Uca Allaha təvəkkül etmək. Allahdan başqa heç kəs xeyir verə bilməz və Allahdan başqa heç kəs şərri dəf edə bilməz.
"Tiyəra" qadağan edilmişdir. O insanı bədbinliyə salan və iş görməsindən uzaqlaşdıran şeylərdir. (Batil inanclara bağlı əlamətlərdir).
Fə'l (nikbinlik) qadağan edilmiş tiyəradan (bədbinlikdən) deyil. Əksinə, o Uca Allah haqqında gözəl zənndə olmaqdır.
Hər bir şey izzət və cəlal sahibi, bir olan və heç bir şəriki olmayan Allahın təqdiri ilə baş verir.
Sahihul-Buxari (7/ 135) (5756).
Sahihu Muslim (4/ 1746) (2224).
Əlavə (10)
فتح المجيد شرح كتاب التوحيد.
لعبد الرحمن التميمي (ص310).
القول المفيد على كتاب التوحيد.
لابن عثيمين (1/ 570).
الملخص في شرح كتاب التوحيد.
لصالح الفوزان (ص230).
الجديد في شرح كتاب التوحيد.
لمحمد القرعاوي (ص255).
التمهيد لشرح كتاب التوحيد.
لصالح آل الشيخ (ص333).