Skip to content

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ayaqyolundan çıxdıqda - "Ğufranəkə" deyərdi.

Möminlərin anası Aişədən (Allah ondan razı olsun) belə nəql edilir:

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ayaqyolundan çıxdıqda - "Ğufranəkə" deyərdi.

أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا خَرَجَ مِنَ الغَائِطِ قَالَ: «غُفْرَانَكَ».

Əbu Davud, Ət-Tirmizi, İbn Məcə, Əhməd rəvayət ediblər
Səhih
Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ehtiyacını ödədikdən sonra ayaqyolundan çıxanda belə deyərdi: “(Ğufranəkə) Allahım, səndən məni bağışlamanı istəyirəm."

Hədisin faydalarından

Ayaqyolundan çıxdıqdan sonra: «غُفرانَك» [Ğufranəkə] “(Allahım!) Məni bağışla!” deməyin müstəhəb olması.

Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) bütün hallarda Rəbbindən bağışlanma istəməsi.

Təbii ehtiyacı ödədikdən sonra bağışlanma diləməyin səbəbi haqqında deyilib: Allahın çoxlu nemətlərinə şükür etməkdəki naqisliyə görə, məsələn, zərərli şeylərin bədəndən çıxmasının asanlaşdırması nemətinə görə və ehtiyacın aradan qaldırılması zamanı səni xatırlamaqdan yayındığıma görə bağışlama diləyirəm.

Mənbələr

Sünən Əbi Davud (1/ 24) (30).

Sünən Ət-Tirmizi (1/ 57) (7).

Sünən İbn Məcəh (1/ 200) (300).

Müsnəd Əhməd (42/ 124) (25220).

Əlavə (4)

توضيح الأحكام مِن بلوغ المرام.

لعبد الله البسام (1/ 351).

منحة العلام في شرح بلوغ المرام.

لعبد الله الفوزان (1/ 397).