Skip to content
Surələrin siyahısı /

الفَتح

الفَتح is chapter 48 of the Quran and has 29 verses. This page presents it in full in the Uthmani script, with a verse-by-verse translation of its meaning.

29 Ayələr Surə nömrəsi 48
Ayəyə keç
Azərbaycanca · Musayev
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

إِنَّا فَتَحۡنَا لَكَ فَتۡحٗا مُّبِينٗا

(Ey Peyğəmbər!) Həqiqətən, Biz sənə (Hüdeybiyyə sülhü ilə) aydın bir zəfər bəxş etdik ki,

لِّيَغۡفِرَ لَكَ ٱللَّهُ مَا تَقَدَّمَ مِن ذَنۢبِكَ وَمَا تَأَخَّرَ وَيُتِمَّ نِعۡمَتَهُۥ عَلَيۡكَ وَيَهۡدِيَكَ صِرَٰطٗا مُّسۡتَقِيمٗا

Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın, səni düz yola yönəltsin

وَيَنصُرَكَ ٱللَّهُ نَصۡرًا عَزِيزًا

və Allah sənə şanlı bir zəfər ilə kömək etsin.

هُوَ ٱلَّذِيٓ أَنزَلَ ٱلسَّكِينَةَ فِي قُلُوبِ ٱلۡمُؤۡمِنِينَ لِيَزۡدَادُوٓاْ إِيمَٰنٗا مَّعَ إِيمَٰنِهِمۡۗ وَلِلَّهِ جُنُودُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمٗا

Möminlərin imanı üstünə iman artırmaq üçün onların qəlblərinə rahatlıq göndərən Odur. Göylərin və yerin orduları Allaha məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.

لِّيُدۡخِلَ ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَا وَيُكَفِّرَ عَنۡهُمۡ سَيِّـَٔاتِهِمۡۚ وَكَانَ ذَٰلِكَ عِندَ ٱللَّهِ فَوۡزًا عَظِيمٗا

(Bütün bunlar,) Allahın, mömin kişiləri və mömin qadınları içində əbədi qalacaqları, (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə daxil etməsi və onların günahlarından keçməsi üçündür. Bu, Allah yanında böyük uğurdur.