Skip to content
Surələrin siyahısı /

الشُّورى

الشُّورى is chapter 42 of the Quran and has 53 verses. This page presents it in full in the Uthmani script, with a verse-by-verse translation of its meaning.

53 Ayələr Surə nömrəsi 42
Ayəyə keç
Azərbaycanca · Musayev
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

عٓسٓقٓ

Ayn. Sin. Qaf.

Explanation & meanings · 1
  1. Bax. əl-Bəqərə surəsi birinci ayəsinin qeydi.

كَذَٰلِكَ يُوحِيٓ إِلَيۡكَ وَإِلَى ٱلَّذِينَ مِن قَبۡلِكَ ٱللَّهُ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ

(Ey Muhamməd!) Qüdrətli və Hikmət sahibi olan Allah sənə və səndən əvvəlkilərə belə vəhy edir.

لَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۖ وَهُوَ ٱلۡعَلِيُّ ٱلۡعَظِيمُ

Göylərdə və yerdə nə varsa, (hamısı) Ona məxsusdur. O, Ucadır, Əzəmətlidir.

تَكَادُ ٱلسَّمَٰوَٰتُ يَتَفَطَّرۡنَ مِن فَوۡقِهِنَّۚ وَٱلۡمَلَٰٓئِكَةُ يُسَبِّحُونَ بِحَمۡدِ رَبِّهِمۡ وَيَسۡتَغۡفِرُونَ لِمَن فِي ٱلۡأَرۡضِۗ أَلَآ إِنَّ ٱللَّهَ هُوَ ٱلۡغَفُورُ ٱلرَّحِيمُ

Göylər (Allahın əzəmətindən) az qaldı ki, bir-birinin üstündən çatlayıb parçalansın. Mələklər də Rəbbinə həmd-səna ilə təriflər deyər və yerdəkilər üçün bağışlanma diləyərlər. Bilin ki, Allah Bağışlayandır, Rəhmlidir.