Skip to content
Surələrin siyahısı /

يُوسُف

يُوسُف is chapter 12 of the Quran and has 111 verses. This page presents it in full in the Uthmani script, with a verse-by-verse translation of its meaning.

111 Ayələr Surə nömrəsi 12
Ayəyə keç
Azərbaycanca · Musayev
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

الٓرۚ تِلۡكَ ءَايَٰتُ ٱلۡكِتَٰبِ ٱلۡمُبِينِ

Əlif. Ləm. Ra. Bu, açıq-aydın Kitabın ayələridir.

Explanation & meanings · 1
  1. Bax. əl-Bəqərə surəsi birinci ayəsinin qeydi.

إِنَّآ أَنزَلۡنَٰهُ قُرۡءَٰنًا عَرَبِيّٗا لَّعَلَّكُمۡ تَعۡقِلُونَ

Biz onu, anlayasınız deyə, ərəbcə bir Quran olaraq nazil etdik.

نَحۡنُ نَقُصُّ عَلَيۡكَ أَحۡسَنَ ٱلۡقَصَصِ بِمَآ أَوۡحَيۡنَآ إِلَيۡكَ هَٰذَا ٱلۡقُرۡءَانَ وَإِن كُنتَ مِن قَبۡلِهِۦ لَمِنَ ٱلۡغَٰفِلِينَ

Biz bu Quranı sənə vəhy etməklə, sənə ən gözəl hekayəti danışırıq. Halbuki, daha öncə sən bundan xəbərsiz idin.

إِذۡ قَالَ يُوسُفُ لِأَبِيهِ يَٰٓأَبَتِ إِنِّي رَأَيۡتُ أَحَدَ عَشَرَ كَوۡكَبٗا وَٱلشَّمۡسَ وَٱلۡقَمَرَ رَأَيۡتُهُمۡ لِي سَٰجِدِينَ

Bir zaman Yusif atasına: “Atacan! Mən (yuxuda) on bir ulduz, günəş və ay gördüm. Onların mənə səcdə etdiyini gördüm”– demişdir.

قَالَ يَٰبُنَيَّ لَا تَقۡصُصۡ رُءۡيَاكَ عَلَىٰٓ إِخۡوَتِكَ فَيَكِيدُواْ لَكَ كَيۡدًاۖ إِنَّ ٱلشَّيۡطَٰنَ لِلۡإِنسَٰنِ عَدُوّٞ مُّبِينٞ

(Yəqub) dedi: “Oğlum! Yuxunu qardaşlarına danışma, yoxsa onlar sənə qarşı hiylə qurarlar. Çünki şeytan insanın açıq-aydın düşmənidir.