Skip to content
Surələrin siyahısı /

هُود

هُود is chapter 11 of the Quran and has 123 verses. This page presents it in full in the Uthmani script, with a verse-by-verse translation of its meaning.

123 Ayələr Surə nömrəsi 11
Ayəyə keç
Azərbaycanca · Musayev
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

الٓرۚ كِتَٰبٌ أُحۡكِمَتۡ ءَايَٰتُهُۥ ثُمَّ فُصِّلَتۡ مِن لَّدُنۡ حَكِيمٍ خَبِيرٍ

Əlif. Ləm. Ra. (Bu,) Hikmət sahibi, (hər şeydən) Xəbərdar (olan Allah) tərəfindən, ayələri mükəmməlləşdirilmiş, sonra da müfəssəl izah edilmiş bir Kitabdır.

Explanation & meanings · 1
  1. Bax. əl-Bəqərə surəsi birinci ayəsinin qeydi.

أَلَّا تَعۡبُدُوٓاْ إِلَّا ٱللَّهَۚ إِنَّنِي لَكُم مِّنۡهُ نَذِيرٞ وَبَشِيرٞ

(Bu ona görədir ki,) Allahdan başqasına ibadət etməyəsiniz. Həqiqətən, mən sizi Allah tərəfindən xəbərdar edən və müjdələyənəm.

وَأَنِ ٱسۡتَغۡفِرُواْ رَبَّكُمۡ ثُمَّ تُوبُوٓاْ إِلَيۡهِ يُمَتِّعۡكُم مَّتَٰعًا حَسَنًا إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗى وَيُؤۡتِ كُلَّ ذِي فَضۡلٖ فَضۡلَهُۥۖ وَإِن تَوَلَّوۡاْ فَإِنِّيٓ أَخَافُ عَلَيۡكُمۡ عَذَابَ يَوۡمٖ كَبِيرٍ

Həm də Rəbbinizdən bağışlanma diləyəsiniz, sonra da tövbə edəsiniz ki, O sizə müəyyən olunmuş vaxtadək (ölüm sizə gələnədək) gözəl gün-güzəran nəsib etsin və hər fəzilət sahibinə Öz lütfündən versin. Əgər (Ondan) üz çevirsəniz, (bilin ki,) mən sizə üz verəcək əzəmətli günün əzabından qorxuram.

إِلَى ٱللَّهِ مَرۡجِعُكُمۡۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ

Dönüşünüz yalnız Allahadır. O, hər şeyə qadirdir.

أَلَآ إِنَّهُمۡ يَثۡنُونَ صُدُورَهُمۡ لِيَسۡتَخۡفُواْ مِنۡهُۚ أَلَا حِينَ يَسۡتَغۡشُونَ ثِيَابَهُمۡ يَعۡلَمُ مَا يُسِرُّونَ وَمَا يُعۡلِنُونَۚ إِنَّهُۥ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ

Bilin ki, onlar ürəklərindəki küfrü Allahdan gizlətmək üçün sinələrini bükürlər. Agah olun ki, onlar libaslarına büründükdə belə, Allah onların gizli saxladıqlarını da, aşkara çıxartdıqlarını da bilir. Həqiqətən də, O, sinələrdə olanları biləndir.