Rəbbiniz olan Allahdan qorxun və beş vaxt namazınızı qılın, Ramazan orucunuzu tutun, malınızın zəkatını verin, rəhbərlərinizə itaət edin, (beləliklə) Rəbbinizin cənnətinə daxil olun."
Əbu Umamədən (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir: “Mən Allah Rəsulunu (Allahın salavatı və salamı onun üzərinə olsun) vida həccində xütbə verərkən eşitdim. O, dedi:
Rəbbiniz olan Allahdan qorxun və beş vaxt namazınızı qılın, Ramazan orucunuzu tutun, malınızın zəkatını verin, rəhbərlərinizə itaət edin, (beləliklə) Rəbbinizin cənnətinə daxil olun."
«اتَّقُوا اللَّهَ رَبَّكُمْ، وَصَلُّوا خَمْسَكُمْ، وَصُومُوا شَهْرَكُمْ، وَأَدُّوا زَكَاةَ أَمْوَالِكُمْ، وَأَطِيعُوا ذَا أَمْرِكُمْ تَدْخُلُوا جَنَّةَ رَبِّكُمْ».
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) hicrətin onuncu ilində, ərafa günü, vida həccində xütbə vermiş və bu cür (vida xütbəsi) adlandırılmasının səbəbi, onun (Allahın salavatı və salamı onun üzərinə olsun) oradakı insanlarla vidalaşması olmuşdur. Və bütün insanlara Rəbblərinin əmrlərini yerinə yetirərək və qadağalarından çəkinərək Ondan qorxmalarını əmr etmişdir. İzzət və cəlal sahibi olan Allahın onlara gecə və gündüz vacib etdiyi beş vaxt namazları qılmalarını əmr etmişdir. Ramazan ayının orucunu tutmalarını əmr etmişdir. Mallarının zəkatını layiq olanlara vermələrini və bunda xəsislik etməmələrini əmr etmişdir. Allahın onlara rəhbər etdiyi kəslərə, Allaha asilik olmayan işlərdə itaət etmələrini əmr etmişdir. Və hər kim bu qeyd edilən şeyləri edərsə, onun mükafatı cənnətə daxil olmaqdır.
...:
Bu əməllər cənnətə daxil olmağın səbəblərindəndir.
Sünən Ət-Tirmizi (1/ 602) (616).
Müsnəd Əhməd (36/ 486) (22161).
Əlavə (4)
شرح رياض الصالحين.
لابن عثيمين (1/ 534).
نزهة المتقين شرح رياض الصالحين.
لمجموعة من الباحثين (1/ 105).