Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 9

Filtrləri təmizlə
“Ey insanlar, salamı yayın, yemək yedizdirin, qohumluq əlaqələrini qoruyun və gecələr insanlar yatarkən namaz qılın ki, Cənnətə salamatlıqla daxil olasınız”.
Səhih Ət-Tirmizi, İbnu Məcə və Əhməd rəvayət etdi.
"Sizi Allahın günahları sildiyi və dərəcələri yüksəltdiyi şeyə yönəldimmi?". Dedilər: "Bəli Ey Allahın elçisi". Dedi: "Çətinliklərə baxmayaraq dəstəmazı tam almaq, məscidlərə çoxlu addımlar atmaq, namazdan sonra növbəti namazı gözləmək və bu ribatdır".
Səhih Muslim rəvayət etdi.
“Kişinin xərclədiyi ən üstün dinar ailəsi üçün xərclədiyi dinar, Allah yolunda miniyinə xərclədiyi dinar və Allah yolunda vuruşan yoldaşlarına sərf etdiyi dinardır.” Əbu Qiləbə (hədisin ravilərindən biri) dedi: İlk olaraq ailəyə xərcləməklə başladı və daha sonra buyurdu: Kiçik övladları üçün xərcləyən, Allahın onları iffətli saxlamasına və onlara fayda verməsinə və yardım etməsinə səbəb olan insandan daha böyük mükafat sahibi kim ola bilər?
Səhih Muslim rəvayət etdi.
"Böyük günahlardan çəkindiyi müddətcə, beş vaxt namaz, iki Cümə və iki Ramazan, aralarında edilən kiçik günahlara kəffarədir".
Səhih Muslim rəvayət etdi.
"Hər bir xeyirxahlıq sədəqədir".
Səhih Hədisi Buxari Cabirin hədisindən, Muslim isə Huzeyfənin hədisindən rəvayət etmişdir.
Rəbbiniz olan Allahdan qorxun və beş vaxt namazınızı qılın, Ramazan orucunuzu tutun, malınızın zəkatını verin, rəhbərlərinizə itaət edin, (beləliklə) Rəbbinizin cənnətinə daxil olun."
Səhih Ət-Tirmizi və Əhməd rəvayət ediblər.
Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşdum: "Hansı əməl Allaha daha sevimlidir?". Buyurdu: "Vaxtında qılınan namaz". Dedi: "Sonra hansı?". Buyurdu: "Valideynə yaxşılıq". Dedi: "Sonra hansı?". Buyurdu: "Allah yolunda cihad" Dedi: Allah Rəsulu mənə bunları söylədi. Əgər soruşmağa davam etsəydim, o da cavab verməyə davam edərdi.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Evlərinizi qəbirsanlıqlara və mənim qəbrimi də ziyarətgaha çevirməyin, mənə salavat (salallahu aleyhi va səlləm) deyin, siz harada olsanız, dediyiniz salavatlar mənə çatar".
Həsən Əbu Davud rəvayət etdi.