"Elə rəhbərlər hakimiyyətə gələcəklər, siz (bəzi) əməllərini (düzgün) görəcək və (digərlərini isə) inkar edəcəksiniz. Beləliklə, kim (qəlblə) etiraz edəcəksə qurtulacaq, kim inkar edəcəksə xilas olacaq, amma həmin əməllərdən razı qalıb ardınca gedənlər günah qazanacaqlar
Möminlərin anası Ummu Sələmədən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir:
"Elə rəhbərlər hakimiyyətə gələcəklər, siz (bəzi) əməllərini (düzgün) görəcək və (digərlərini isə) inkar edəcəksiniz. Beləliklə, kim (qəlblə) etiraz edəcəksə qurtulacaq, kim inkar edəcəksə xilas olacaq, amma həmin əməllərdən razı qalıb ardınca gedənlər günah qazanacaqlar”. Bu an soruşdular: "Onlara qarşı vuruşmayaqmı?". Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: “Namaz qıldıqları müddətdə xeyr”.
«سَتَكُونُ أُمَرَاءُ فَتَعْرِفُونَ وَتُنْكِرُونَ، فَمَنْ عَرَفَ بَرِئَ، وَمَنْ أَنْكَرَ سَلِمَ، وَلَكِنْ مَنْ رَضِيَ وَتَابَعَ» قَالُوا: أَفَلَا نُقَاتِلُهُمْ؟ قَالَ: «لَا، مَا صَلَّوْا».
O (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, bizə rəhbərlər təyin olunacaq və biz onların bəzi əməllərindən - şəriətlə uyğun olanlardan - xəbərdar olacağıq. Bəzi əməllərini isə şəriətə müxalif olduğu üçün inkar edəcəyik. Kim münkəri inkar etməyə qadir deyilsə, lakin qəlbində ona nifrət edərsə, günah və nifaqdan qurtular. Kim onu əli və ya dili ilə inkar etməyə qadir olsa və onları inkar edərsə, günahdan və ona ortaq olmaqdan salamat olar. Kim belələrinin əməllərindən razı qalıb onlara tabe olarsa, onların həlak olduqları kimi həlak olar. Sonra Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşdular: Bu xüsusiyyətlərə malik olan rəhbərlərə qarşı vuruşmayaqmı? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) isə onlara bunu qadağan etdi və dedi: "Xeyr, namaz qıldıqları müddətdə etməyin".
...:
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) peyğəmbərliyinin sübutlarından biri də baş verəcək qeybi hadisələr barədə xəbər verməsi və onun dediyi kimi baş verməsidir.
Münkərlə razılaşmaq və onun tətbiqinə dəstək olmaq yolverilməzdir, əksinə onu inkar etmək vacibdir.
Rəhbərlər şəriətə zidd əməl etsələr, o zaman həmin əməllərdə onlara itaət etmək olmaz.
Yaranacaq fəsad, qan tökülməsi və əmin-amanlığın pozulmasına görə müsəlman rəhbərlərinə qarşı çıxmaq qadağandır. Günahkar rəhbərlərin münkər əməllərinə dözümlülük nümayiş etdirib, onların əziyyətlərinə səbr etmək bundan daha yüngül və təhlükəsizdir.
Namazın əhəmiyyəti böyükdür, o küfrlə İslamı fərqləndirən atributdur.
Sahihu Muslim (3/ 1480) (1854).
Əlavə (12)
المفهم لما أشكل من تلخيص كتاب مسلم (4/ 64).
البحر المحيط الثجاج في شرح صحيح الإمام مسلم بن الحجاج (32/ 206).
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (1/ 279).
تطريز رياض الصالحين.
لفيصل بن عبد العزيز المبارك (ص150).
الشرح الممتع على زاد المستقنع.
لابن عثيمين (11/ 323).
شرح رياض الصالحين.
لابن عثيمين (2/ 435).
نزهة المتقين شرح رياض الصالحين.
مجموعة من الباحثين (1/ 211).