Skip to content

"Namazı ayaq üstə qıl, bacarmırsansa oturaraq qıl, ona da gücün çatmırsa, uzanaraq qıl".

İmran bin Hüseyndən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: “Mənim babasilim var idi, ona görə də Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) namaz haqqında soruşdum və o dedi:

"Namazı ayaq üstə qıl, bacarmırsansa oturaraq qıl, ona da gücün çatmırsa, uzanaraq qıl".

«صَلِّ قَائِمًا، فَإِنْ لَمْ تَسْتَطِعْ فَقَاعِدًا، فَإِنْ لَمْ تَسْتَطِعْ فَعَلَى جَنْبٍ».

Əl-Buxari rəvayət etdi.
Səhih
Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) izah edir ki, namazda qayda odur ki, ayaq üstə qılınır, buna aciz olarsa oturaraq qılır, oturub qılmağa gücü yetməzsə bu zaman yan tərəfinin üzərinə uzanaraq namaz qıla bilər.

Kəlmələrin mənası

بواسير: جمع باسور، وهو ورم يصيب مقعدة الإنسان.

Hədisin faydalarından

Ağıl cəhətdən sağlam olduğu müddətcə insanın boynundan namaz qılmaq hökmü düşməz, namazın qılınma qaydasına gəlincə isə insanın sağlamlıq durumuna və imkanına görə o bir formadan digər formaya dəyişə bilər.

İslamın lütfü və asanlığı budur ki, bəndə öz gücü daxilində ibadət etsin.

Mənbələr

Sahihul-Buxari (2/ 48) (1117).

Əlavə (4)

توضيح الأحكام من بلوغ المرام.

لعبدالله البسام (2/ 322).

منحة العلام في شرح بلوغ المرام.

لعبد الله الفوزان (3/ 202).