Skip to content

"Kim Allahdan başqasına and içərsə ya küfür edər ya da şərik qoşar".

İbn Ömər - Allah ondan razı olsun - bir kişinin: Xeyr, Kəbəyə and olsun dediyini eşitdi. Bunu eşidən İbn Ömər - Allah ondan razı olsun - ona belə dedi: Allahdan başqasına and içilməz. Çünki mən, Peyğəmbərin - salləllahu aleyhi va səlləm - belə dediyini eşitdim:

"Kim Allahdan başqasına and içərsə ya küfür edər ya da şərik qoşar".

«مَنْ حَلَفَ بِغَيْرِ اللهِ فَقَدْ كَفَرَ أَوْ أَشْرَكَ».

Əbu Davud, Ət-Tirmizi,Əhməd
Səhih
Şərh (izah)

Peyğəmbər - salləllahu aleyhi va səlləm - bu hədisdə Uca Allahdan və Onun ad və sifətlərindən başqası adına and içən kimsənin Allaha küfür etdiyini yaxud Ona şərik qoşduğunu xəbər vermişdir. Çünki kişinin bir şeyə and içməsi, onun and içdiyi şeyi təzim etdiyinə görədir. Bütün təzim və böyüklük isə yalnız tək Allaha aiddir. Buna görə də yalnız Uca Allaha və Onun ad və sifətlərinə and içilər. Bu and kiçik şirkin bir növüdür. Lakin and içən kimsə Allahdan başqa and içdiyini Allahı təzim etdiyi kimi yaxud ondan daha çox təzimlə and içərsə, bu zaman onun bu andı böyük şirk növünə daxil olar.

Kəlmələrin mənası

من حلف: الحلف: اليمين، وهي توكيد الحكم بذكر معظّم تطمئن له نفس المخاطب.

كفر أو أشرك: يحتمل أن يكون هذا شكًّا من الراوي، ويحتمل أن تكون "أو" بمعنى الواو فيكون كفر وأشرك.

Hədisin faydalarından

And içərək təzim edilmək Uca Allahın haqqıdır. Yalnız Uca Allaha və ya Onun ad və sifətlərinə and içilər.

Səhabənin yaxşılığı əmr edib pislikdən çəkindirməyə həris olması, xüsusən də münkər olan əməl şirk və ya küfür ilə əlaqəli olarsa.

Mənbələr

Sünən Ət-Tirmizi (3/ 194) (1535).

Sünən Əbi Davud (5/ 154- 155) (3251).

Müsnəd Əhməd (9/ 249) (5346).

(9/ 275) (5375).

(10/ 249) (6072).

(1/ 343).

Əlavə (11)

فتح المجيد شرح كتاب التوحيد.

لعبد الرحمن التميمي (ص413).

القول المفيد على كتاب التوحيد.

لابن عثيمين (2/ 214).

الملخص في شرح كتاب التوحيد.

لصالح الفوزان (ص326).

الجديد في شرح كتاب التوحيد.

لمحمد القرعاوي (ص365).

التمهيد لشرح كتاب التوحيد.

لصالح آل الشيخ (ص452).

فتاوى اللجنة الدائمة.