"Alimlərin qarşısında lovğalanmaq, səfehlərlə mübahisə etmək
Cabir bin Abdullahdan (Allah onların hər ikisindən razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur:
"Alimlərin qarşısında lovğalanmaq, səfehlərlə mübahisə etmək, məclislərdə seçilmək üçün elm öyrənməyin. Kim belə edərsə, o oddadır, oddadır".
«لَا تَعَلَّمُوا الْعِلْمَ لِتُبَاهُوا بِهِ الْعُلَمَاءَ، وَلَا لِتُمَارُوا بِهِ السُّفَهَاءَ، وَلَا تَخَيَّرُوا بِهِ الْمَجَالِسَ، فَمَنْ فَعَلَ ذَلِكَ، فَالنَّارُ النَّارُ».
Burada Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) elm tələbəsini alimlərin iştirak etdiyi məclislərdə özü ilə fəxr edib öyünməsindən, "mən də sizin kimi elmə sahibəm" düşüncəsini izhar etməkdən, səfehlərlə, dar düşüncəli insanlarla mübahisə etməkdən, məclislərdə öndə olmaq və digərlərindən önə çıxmaq məqsədilə elm öyrənilməsindən çəkindirmişdir. Kim bunu edərsə, riyakarlığına görə və elm tələbində ixlaslı olmadığı üçün Cəhənnəmə girməyə layiq olar.
...:
Elmi, fəxr etmək, mubahisə etmək və məclislərdə baş tərəfdə oturmaq və bənzər məqsədlərlə öyrənənlər üçün cəhənnəm vəd edilmişdir.
Elmi ixlasla öyrənməyin və bu elmi başqlarına öyrətməyin əhəmiyyəti.
Niyyət əməllərin əsasıdır və mükafat ona görə olur.
Sünən İbn Məcəh (1/ 170) (254).
Əlavə (2)
مرشد ذوي الحجا والحاجة (2/378).
مشارق الأنوار الوهاجة ومطالع الأسرار البهاجة في شرح سنن الإمام ابن ماجه (4/ 482).