Kim xeyirə yönəldərsə, o, xeyir iş görənlə əcrdə şərik olar
Əbu Məsud Əl-Ənsaridən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir:
Bir kişi Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gələrək dedi: "Mənim miniyim-heyvanım həlak oldu, mənə minik ver". Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Yoxumdur". Orada olan bir kişi dedi: "Ey Allahın Rəsulu, mən ona minik verəcək kimsəyə yönəldərəm". Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: "Kim xeyirə yönəldərsə, o, xeyir iş görənlə əcrdə şərik olar."
جَاءَ رَجُلٌ إِلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: إِنِّي أُبْدِعَ بِي فَاحْمِلْنِي، فَقَالَ: «مَا عِنْدِي»، فَقَالَ رَجُلٌ: يَا رَسُولَ اللهِ، أَنَا أَدُلُّهُ عَلَى مَنْ يَحْمِلُهُ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ دَلَّ عَلَى خَيْرٍ فَلَهُ مِثْلُ أَجْرِ فَاعِلِهِ».
Bir kişi Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gələrək dedi: Mənim miniyim həlak oldu, məni miniyə mindir və ya məni mənzilimə çatdıracaq bir minik ver. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ona miniyinin olmadığını bildirdi. Orada iştirak edən bir kişi dedi ki, ey Allahın Rsəulu, mən onu minik verəcək birinə yönəldərəm. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) də onun əcrdə sədəqə edənlə şərik olması ilə müjdələyir, çünki o, ehtiyacı olan kəsi axtardığına yönləndirmişdir.
...:
Xeyirə vasitəçiliyə təşviq.
Xeyir əməli etməyə maraq oyatmaq, müsəlman toplumunun mükəmməl surətdə qurulmasına və onun həmrəyliyinə səbəbdir.
Uca Allahın fəzilətinin genişliyi.
Bu hədis bütün xeyir əməlləri əhatə edən ümumi şəri qaydadır.
İnsan ondan yardım istəyənin ehtiyacını ödəyə bilmirsə, o zaman onu başqasına yönəltməlidir.
Sahihu Muslim (3/ 1506) (1893).
Əlavə (5)
شرح النووي على مسلم (11/ 166).
توضيح الأحكام من بلوغ المرام.
للبسام (7/ 349).
فتح ذي الجلال والاكرام بشرح بلوغ المرام.
لابن عثيمين (6/ 298).
Kitablarda istinad edilib
6 KitablarƏlavə (5)
- الدعوة إلى الله وأخلاق الدعاة«مَنْ دَلَّ عَلَى خَيْرٍ فَلَهُ مِثْلُ أَجْرِ فَاعِلِهِ »
- المنتقى من المتجر الرابح في ثواب العمل الصالح - المعتمدالمنتقى من المتجر الرابح في ثواب العمل الصالح“من دل على خير فله مثل أجر فاعله”.
- تحفة الأخيار تحفة الأخيار (ببيان جملة نافعة مما ورد في الكتاب والسنة من الأدعية والأذكار)«مَنْ دَلَّ عَلَى خَيْرٍ فَلَهُ مِثْلُ أَجْرِ فَاعِلِهِ» [102]
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 1 «مَنْ دَلَّ عَلَىٰ خَيْرٍ فَلَهُ مِثْلُ أَجْرِ فَاعِلِهِ»،
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 2«مَنْ دَلَّ عَلَىٰ خَيْر فَلَهُ مِثْلُ أَجْرِ فَاعِلِهِ».