Skip to content

Mən, şərik olmağa möhtac deyiləm. Kim bir əməl edərsə və etdiyi əməldə bir başqasını Mənə şərik qoşarsa, Mən onu və şərik qoşduğunu tərk edərəm

Əbu Hureyradan - Allah ondan razı olsun - rəvayət edilir ki, Peyğəmbər - salləllahu aleyhi va səlləm - belə demişdir:

"Allah - Təbarakə va Təalə - buyurmuşdur: "Mən, şərik olmağa möhtac deyiləm. Kim bir əməl edərsə və etdiyi əməldə bir başqasını Mənə şərik qoşarsa, Mən onu və şərik qoşduğunu tərk edərəm".

«قال الله تبارك وتعالى: أنا أغنى الشركاء عن الشرك، من عمل عملًا أشرك فيه معي غيري، تركتُهُ وشركَهُ».

Muslim rəvayət etdi.
Səhih
Şərh (izah)

Peyğəmbər - salləllahu aleyhi va səlləm - bu hədisdə Uca Allahın şəriklərə ehtiyacı olmadığını, həmçinin əgər insan bir yaxşı əməl edərsə və etdiyi əməli həm Allah, həm də Allahdan qeyrisi üçün edərsə, həmin əməlin ondan qəbul olmayacağını xəbər vermişdir. Beləliklə əməli ixlasla Uca Allah üçün etmək lazımdır. Çünki, Uca Allah yalnız Onun üçün edilən əməli qəbul edir.

Kəlmələrin mənası

.....:

Hədisin faydalarından

Şirkin bütün növlərindən çəkindirmək lazımdır, çünki şirk əməlin qəbul olmasına maneədir.

Uca Allahın əzəmətini və Onun heç bir şeyə ehtiyacı olmadığını bilib düşünmək insana əməl edərkən ixlaslı olmağa yardım edir.

Mənbələr

Sahihu Muslim (4/ 2289) (2985).

Əlavə (5)

شرح النووي على مسلم (18/ 115).

الملخص في شرح كتاب التوحيد.

لصالح الفوزان (ص287).

الجديد في شرح كتاب التوحيد.

لمحمد القرعاوي (ص325).