Skip to content
Surələrin siyahısı /

قٓ

قٓ is chapter 50 of the Quran and has 45 verses. This page presents it in full in the Uthmani script, with a verse-by-verse translation of its meaning.

45 Ayələr Surə nömrəsi 50
Ayəyə keç
Azərbaycanca · Musayev
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

قٓۚ وَٱلۡقُرۡءَانِ ٱلۡمَجِيدِ

Qaf. And olsun Şanlı Qurana.

Explanation & meanings · 1
  1. Bax. əl-Bəqərə surəsi birinci ayəsinin qeydi.

بَلۡ عَجِبُوٓاْ أَن جَآءَهُم مُّنذِرٞ مِّنۡهُمۡ فَقَالَ ٱلۡكَٰفِرُونَ هَٰذَا شَيۡءٌ عَجِيبٌ

Xeyr, onlar özlərindən qorxudan (bir peyğəmbər) gəldiyinə təəccüb etdilər. Kafirlər dedilər: “Bu əcaib bir şeydir.

أَءِذَا مِتۡنَا وَكُنَّا تُرَابٗاۖ ذَٰلِكَ رَجۡعُۢ بَعِيدٞ

Məgər biz ölüb torpaq olduqdan sonra (yenidən diriləcəyik)? Bu, uzaq bir qayıdışdır!”

قَدۡ عَلِمۡنَا مَا تَنقُصُ ٱلۡأَرۡضُ مِنۡهُمۡۖ وَعِندَنَا كِتَٰبٌ حَفِيظُۢ

Həqiqətən, Biz yerin onlardan nəyi əskiltdiyini (yerin onların cəsədlərini yeməsini) bilirik. Bizdə hər şeyi qoruyan bir Kitab (Lövhi-məhfuz) vardır.

بَلۡ كَذَّبُواْ بِٱلۡحَقِّ لَمَّا جَآءَهُمۡ فَهُمۡ فِيٓ أَمۡرٖ مَّرِيجٍ

Onlara haqq (Quran) gəldikdə onu yalan hesab etdilər. Onlar çaşqın bir haldadırlar.