Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 4

Filtrləri təmizlə
Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyini eşitdim: "Uca Allah buyurdu: Ey Adəm oğlu, nə qədər ki, Mənə dua edib ümid bəsləyirsən, sənin etdiyin günahları bağışlayaram və onlara əhəmiyyət vermərəm. Ey Adəm oğlu, əgər sənin günahların göydəki buludlara çatsa, sonra Məndən bağışlanma diləsən, Mən səni bağışlayaram və onlara əhəmiyyət vermərəm, ey Adəm oğlu, əgər sən Mənə yer dolusu günahla gəlsən və Mənə heç bir şeyi şərik qoşmadan mənimlə qarşılaşsan, Mən səni yer dolusu bağışlanmayla qarşılayaram".
Həsən Ət-Tirmizi rəvayət etdi.
"Əgər bir kəs günah edər, sonra dəstəmaz alaraq namaz qılar, sonra Allahdan bağışlanma diləyərsə, Allah onu bağışlayar". Ardınca bu ayəni oxudu: "O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm et­dik­də Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər" [Ali İmran 3 surəsi, ayə 135].
Səhih Əbu Davud,Ət-Tirmizi, Ən-Nəsai Əl-Kubrada, İbnu-Məcə və Əhməd rəvayət etdi.
"Allahın qadağan etdiyi bu çirkin işdən çəkinin. Kim (bu günaha) düşərsə, qoy Allahın örtüyü ilə örtünsün və Allaha tövbə etsin. Çünki kim günahını bizə göstərərsə, biz ona İzzət və Cəlal sahibi olan Allahın kitabındakı cəzanı tətbiq edərik".
Səhih Hakim və Beyhəqi rəvayət etmişdir.
“Həqiqətən, Allah Əzzə və Cəllə günəş batdığı yerdən çıxana qədər gecə əlini uzadır ki, gündüzün günahkarı tövbə etsin, gündüz də əlini uzadır ki, gecənin günahkarı tövbə etsin".
Səhih Muslim rəvayət etdi.